2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

BMT-nin Baş katibi Əfqanıstanda Talibana: Hücumları dayandırın

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş cümə günü Taliban qruplaşmasını hərbi hücumlarını dərhal dayandırmağa, Əfqanıstan və xalqı naminə xoş niyyətlə danışıqlar aparmağa çağırıb.

“Beynəlxalq ictimaiyyətin müharibə yolunda olanlara mesajı aydın olmalıdır: hakimiyyəti hərbi güclə ələ keçirmək məğlubiyyətdir” – deyə, Quterreş jurnalistlərə bildirib.

“Bu, yalnız uzun sürən vətəndaş müharibəsinə və ya Əfqanıstanın tamamilə təcrid olunmasına səbəb ola bilər” – deyə, BMT-nın baş katibi əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

O, Talibanın Əfqanıstanın 34 vilayət paytaxtının təxminən yarısını ələ keçirdiyi və diqqəti paytaxt Kabilə yönəltdiyi bir vaxt ölkədə vəziyyətin “nəzarətdən çıxdığını” deyib.

“Şəhər ərazilərində davamlı qarşıdurma, mülki vətəndaşların ən yüksək bədəl ödədiyi qırğınların davam etməsi demək olacaq” – Quterreş xəbərdarlıq edib. O, tərəfləri mülki əhalinin müdafiəsi üçün daha çox iş görməyə çağırıb.

Birləşmiş Millətlər Təşkilatı son bir ayda xüsusilə də Helmənd, Qəndəhar və Herat vilayətlərindəki hücumlar nəticəsində 1000-dən çox mülki vətəndaşın öldüyünü və ya yaralandığını bildirir.

Təxminən dörddə bir milyon insan döyüşlər nəticəsində didərgin düşüb.

“Yalnız Əfqanıstanın rəhbərlik etdiyi siyasi həll yolu sülhü təmin edilə bilər” deyən Baş katib Taliban və hökumət nümayəndələri arasında substantiv müzakirələrə çağırıb.

Tərəflər arasında danışıqlar Qətərin paytaxtı Dohada aparılır.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button