2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

BMT-nin yeni baş katibi and içdi: «Bizim ən böyük qüsurumuz…»

BMT-nin yeni seçilən baş katibi Antoniu Quterriş bu gün and içib.
Quterriş rəsmən yanvarın 1-dən işə başlayajaq və qarşıdakı 5 il ərzində bu postu tutacaq.

Baş Assambleyadakı çıxışı zamanı A.Quterriş bildirib ki, BMT onillər ərzində dünyada sülhün qorunmasına xidmət edib. Lakin indi bu vəzifənin öhdəsindən çox çətinliklə gələ bilir.

Saytların yığılması Saytlarin yigilmasi

“BMT dəyişikliklərə hazır olmalıdır. Bizim ən böyük çatışmazlığımız böhranları önləyə bilməməkdir. Bu, bütün beynəlxalq birliyə aid qüsurdur. BMT savaş zamanı dünyaya gəlib. İndi isə biz burada sülh üçün olmalıyıq», deyə yeni baş katib qeyd edib.

 

BMT baş katibi postuna seçilərkən Quterriş bildirmişdi ki, bu vəzifədə onun üçün prioritet Suriya münaqişəsinə son qoyulmasıdır.

67 yaşlı Quterreş 1995-ci ildən 2002-ci ilədək Portuqaliyanın baş naziri olub. 2005-ci ildə BMT-nin qaçqınlar üzrə baş komissarı təyin edilib və 10 il bu vəzifəni tutub.

Baş komissar işlədiyi illərdə inkişaf etmiş və zəngin ölkələrin hökumətlərini münaqişədən və yoxsulluqdan əziyyət çəkən insanlara daha çox yardım ayırmağa razı salıb.

 

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button