2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

BMT qlobal istiləşmə ilə bağlı yeni hesabatını açıqlayıb

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Qrupu qlobal istiləşmənin artıq gündəlik həyatın bir hissəsi olduğunu, lakin ən ağır təsirlərin qarşısını almaq üçün hələ də addımlar atıla biləcəyini bildirib.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası komissiya bazar ertəsi uzun zamandır gözlənilən hesabatı açıqlayıb və iqlim dəyişikliyinin “birmənalı olaraq insan fəaliyyətindən qaynaqlandığını” bildirib ki, bu da 19-cu əsrdən bəri Yer kürəsinin Selsi ilə tədricən 1,1 dərəcə istiləşməsinə səbəb olub.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası komissiya (IPCC) 20 il ərzində dünya alimlərinin proqnozlaşdırdığı kimi istiliyin Selsi ilə 1.5 dərəcə həddinə çatacağını və hətta bu səviyyəni keçəcəyini, buzlaqların əriyəcəyini, dəniz səviyyəsinin qalxacağını, dağıdıcı daşqınlar və quraqlıqlar kimi geridönülməz dəyişikliklərə səbəb olacağı barədə xəbərdarlıq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda IPCC Yer kürəsində atmosferin istiləşməsinin qarşısını almaq üçün qazıntı yanacağından istifadə edilməməsinə çağırıb. Belə ki, karbon emissiyaları Yer kürəsində istixana qazlarının toplaşmasına səbəb olur.

BMT-nin Baş katibi Antonio Quterreş hesabatı “insanlıq üçün həyəcan siqnalı” adlandırıb. O, yeni hesabatı qazıntı və kömür yanacağı üçün ölüm zəngi adlandıraraq, yenilənən, külək və günəş enerjisindən istafadəyə və 2030-cu ilədək yenilənən enerji sahəsinə investisiyaların 3 dəfə artırılmasına çağırıb.

195 hökumətin təsdiqləndiyi IPCC hesabatı iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal bir strategiya hazırlamağı hədəfləyir. Hesabat noyabr ayında Qlazqoda keçiriləcək BMT-nin iqlim sammitinin diqqət mərkəzində olacaq.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button