2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

BMT rəsmisi Mosuldakı humanitar vəziyyəti fəlakət adlandırıb

İraqın hökumət qüvvələrinin İŞİD terrorçularından azadetmə əməliyyatı keçirdiyi Mosul şəhərindəki humanitar vəziyyət fəlakət həddindədir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin ali komissarının İraqdakı qaçqınlar üzrə rəsmi nümayəndəsi Seyf ət-Tatusi bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Mosulda vəziyyət həqiqətən fəlakətlidir. Nazirin açıqladığı rəqəmlər həqiqətə bənzəyir” – deyə Tatusi əlavə edib. O, bildirib ki, insanlar dağılmış müharibə şəhərindəki evlərini tərk etməyə məcburdurlar. Çünki onların qidası və dərmanı yoxdur.

Qeyd edək ki, bundan əvvəl İraqın qaçqınlar üzrə naziri Qasim Məhəmməd əl-Caf mətbuata açıqlamasında Neynəva vilayətinin azad edilməsi əməliyyatının başlandığı gündən qaçqınların sayının 600 mini ötdüyünü bildirib. Onların 425 mini Mosulun qərb, 42 mini isə şərq hissəsinin sakinləridir. Qaçqınlar düşərgəsində 467 min insan yerləşdirilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button