2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

BMT: Son 2 ildə Yəməndə 1,5 minə yaxın uşaq öldürülüb

Son 2 ildə Yəməndəki hərbi konflikt zamanı 1,5 minə yaxın uşaq öldürülüb.

Bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O Brayen Yəmən hökuməti ilə üsyançılar arasında qarşıdurmanın ikinci ildönümü ilə əlaqədar yazılı bəyantla çıxışında bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Yəməndə münaqişənin danışıqlar vasitəsilə nizamlanmasına dair hərtərəfli beynəlxalq səylərə baxmayaraq, güllə vıyıltısı, bombardman və artilleriya zərbələri onun gündəlik həyatının tərkib hissəsinə çevrilib. Minlərlə dinc sakin, o cümlədən 1,4 min oğlan və qız qətlə yetirilib. Onların bir çoxu səhər məktəbə gedib və qayıtmayıb. On minlərlə mülki şəxs yaralanıb”, – deyə baş katibin müavini bildirib.

O, son hesablamalara əsasən qeyd edib ki, ölkə əhalisinin üçdə iki hissəsi, yəni 19 milyon yəmənlinin humanitar yardıma ehtiyacı var. Onlardan 7 milyonu aclıq təhlükəsi gözləyir.

O, Brayen vurğulayıb ki, beynəlxalq ictimaiyyət Yəməndə humanitar fəlakətin qarşısını almaq üçün əlindən gələni etməlidir. BMT rəsmisinin sözlərinə görə, hazırda beynəlxalq təşkilat və onun tərəfdaşları ölkənin 22 əyalətinin 6 milyon sakininə hər ay yardım verirlər.

“Biz daha çoxunu edə bilərik və etməliyik. Ancaq bunun üçün təcili zəruri vəsait lazımdır, yoxsa çox gec olacaq”, – deyə baş katibin müavini xəbərdarlıq edib. Yəməndə qiyamçı şiələrlə hökumət qüvvələri arasında qarşıdurma 2014-ci ilin avqust ayından davam edir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button