2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bnakların əməliyyat mənfəətində vəziyyət necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin bu ilin I yarısındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bunlar “PAŞA Bank”, “Unibank”, “Rabitəbank”, “Bank of Baku”, “Azərbaycan Beynəlxalq Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank Avrasiya”, “Express Bank”, “Kapital Bank” və “Naxçıvan Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika İran bankında (96,8%), ən aşağı dinamika isə “Naxçıvan Bank”da (3,3%) qeydə alınıb.

10 bankın – “Günay Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Turan Bank”, “AFB Bank”, “Premium Bank”, “Azər-Türk Bank” və “Bank BTB” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma “Bank BTB”də (88,2%), ən az azalma isə “Günay Bank” (32,1%) qeydə alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

2 bankın – Pakistan Milli Bankının Bakı filialının və “Bank VTB Azərbaycan” ASC-nin isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 46% və 57,7%.

1 bank – “Access Bank” QSC bu ilin yanvar-iyun aylarını əməliyyat zərəri ilə, ötən ilin eyni dövrünü əməliyyat mənfəəti ilə, 2 bank – “Muğan Bank” və “Yelo Bank” ASC-lər isə bu ilin I yarısını əməliyyat mənfəəti ilə, ötən ilin eyni dövrünü əməliyyat zərəri ilə başa vurub. Odur ki, bu bankların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

3 bank əməliyyat zərərinə uğrayıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-ü bu ilin I yarısında əməliyyat mənfəəti əldə etməyib. Bunlar “Bank VTB Azərbaycan” ASC, “Access Bank” QSC və Pakistan Milli Bankının Bakı filialıdır. Başqa sözlə, bu banklar əməliyyat zərərinə uğrayıblar. Zərərin ən yüksək həddi “Bank VTB Azərbaycan”da (1,46 milyon manat), ən aşağı həddi isə Pakistan bankında (127 min manat) qeydə alınıb.

Qalan 23 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank” ASC-də (180,318 milyon manat), ən aşağı göstərici isə “Azər-Türk Bank” ASC-də (87 min manat) qeydə alınıb.

Renkinq

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button