2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Boğazınız ağrıyırsa, bu çayları için – SİYAHI

Hava soyuduqca xəstəliklər də artır. Asqırıq, öskürək, burun axıntısı çox olduğundan dəsmalı əlimizdən yerə qoymağa imkan olmur. Boğaz ağrısıyla gələn xəstəliklərə qarşı güclü olmaq üçün bitki çaylarından yararlana bilərsiniz. Boğaz ağrılarını yüngülləşdirməyə və boğazın yumşalmasına kömək olan bitki çayları iltihabı da aradan qaldırır.

24saat.org lent.az-a istinadən boğaz ağrısına yaxşı təsir edən bitki çaylarını təqdim edir.

Adaçayı

Saytların yığılması Saytlarin yigilmasi

Adaçayının yarpaqlarında olan uçucu komponentlər ağız və boğaza yapışan infeksiya və iltihabları aradan qaldırmağa kömək olur. Lakin uçucu komponentlərdən təsirli şəkildə faydalanmaq üçün dəmləmə texnikası də böyük əhəmiyyət daşıyır. 1 stəkan qaynamış suya 2-3 paket adaçayı əlavə edib, 10-15 dəqiqə ağzını bağlayaraq dəmləyin. Gündə 2 fincana qədər içə bilərsiniz.

Nanə çayı

Nanə çayının tərkibində olan uçucu komponentlər boğazın yumşalmasına və quruluğu aradan qaldırmağa kömək olur. Bu səbəbdən də gündə 1-2 fincan içə bilərsiniz. Lakin reflüks probleminiz varsa, uzaq dayanmalısınız.

Nar qabığı

Narın qabığında olan polifenolik komponentlər boğaz infeksiyalarına səbəb olan bakteriyaların fəaliyyətini azaldır. Narın qabığını qurudub çay kimi için. 2 çay qaşığı qurudulmuş nar qabığının üzərinə 1 stəkan su əlavə edərək dəmləyin. 10 dəqiqə dəmlənəndən sonra içə bilərsiniz.

Qərənfil

Qərənfilin tərkibində olan ejenol adlı uçucu komponent boğazdakı yanmanı aradan qaldırır. Ağız, boğaz yolu infeksiyalarında isə antiseptik və ağrı aradanqaldırıcı xüsusiyyəti var. Hər gün içdiyiniz çaya qərənfil də əlavə edə bilərsiniz.

Biyan kökü

Tərkibində olan saponin tipli komponentlər boğazda yaranan bəlğəmi yumşaldır və xaric olunmasına kömək edir. 3 stəkan suya 3 çay qaşığı biyan kökü əlavə edib, 15 dəqiqə dəmləyin, hər gün bir neçə dəfə içə bilərsiniz.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button