2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Böhran bankları regionlarda ciddi ixtisarlara getməyə məcbur edir

Nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının emalının təşklini götürsək, bölgələrdə maliyyə xidmətlərinə ehtiyac arta bilər. Respublika rayonlarında işin sürətləndirilməsi artmasına baxmayaraq, 1 avqustdək banklara ayrılan kreditlərin həcmi 2,054 milyard manat olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu isə kreditləşmə həcminin 19%-idir. Yəni, banklar real sektora deyil, ticarət əməliyyatlarına kredit ayırmağı və əhaliyə istehlak kreditlərini verməyi üstün tutaraq, əsas fəaliyyətlərini Bakıda göstərməyə davam edir.

Xüsusilə kənd təsərrüfatı kimi sürətlə inkişaf edən sahəyə 451,8 milyon manat (kreditlərin ümumi həcminin 3,5%-i) ayrıldığı halda, ticarət əməliyyatlarına 2,162 milyard manat, yaxud kreditlərin ümumi həcminin 16,8%-i ayrılıb.

Təəccüblü deyil ki, real sektorun kreditləşməsindən imtina və spekulyasiyaya üstünlük verilməsi vaxtı keçmiş kreditlərin sürətlə artmasına səbəb olub. Belə ki, ilin ilk 7 ayının nəticəsinə görə, banklar 12,860 milyard manatlıq vəsait ayırıb. Vaxtı ötmüş kreditlərin həcmi isə 1,812 milyard manat və ya ümumi həcmin 14,1%-ni təşkil edib.

Əlbəttə, 11 bankın spekulyativ əməliyyatlara görə bağlanması və vaxtı keçmiş kreditlərinin həcminin böyük olması bankirlər üçün dərs oldu. Buna baxmayaraq, onlar hələlik kredit portfelinin strukturunu köklü şəkildə dəyişmək istəmirlər və bu il avqustun 1-nə olan rəqəmlərə görə, istehlak kreditləri bütün həcmin 38,6%-ni təşkil edir.

Hazırda fəaliyyətdə olan 44 bankdan 32-si qalıb. Əgər regionlardakı real sektorun kreditləşdirilməsinə başlanmasa, bankların ixtisar edilməsi tendensiyası davam edəcək.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button