2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Böhran KİVDF-ni də “vurdu” – DİPLOMLAR İXTİSAR EDİLDİ

Diplomlar ləğv, mövzular ixtisar edildi…

Bu gün KİVDF-nin Müşahidə Şurasının Novruz bayramı münasibətilə elan edilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi keçirilib, qaliblərin adları açıqlanıb.

Etibarlı mənbədən 24saat.org-a daxil olan məlumata görə, əvvəlki müsabiqələrdən fərqli olaraq bu dəfə IIIII yerin qaliblərinə diplom verilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

KİVDF rəhbəri Vüqar Səfərli bu yeniliyi I yerin diplomalarını “daha hörmətli etmək” məqsədi ilə etdiklərini bildirsə də, mənbə bu dəyişikliyin maliyyə vəsaitinə qənaət etmək məqsədi ilə tətbiq edildiyini bildirib.
Daha bir yenilik isə jurnalistlərə təklif edilən mövzuların sayının  19-dan  15-ə endirilməsi olub.

Hansı ki, diplom ixtisarından fərqli olaraq, KİVDF rəhbərliyi bu yeniliyin hansı zərurətdən irəli gəlməsi ilə bağlı heç bir izahat verməyib.

Mənbə isə bu ixtisarın da sırf maliyyə qıtlığından qaynaqlandığı qənaətindədir.

Mənbənin sözlərinə görə, qalib gəlməklərinə baxmayaraq diplomdan məhrum edilmələri jurnalistlər tərəfindən məyusluqla qarşılanıb.
Məlumat üçün qeyd edək ki, bu günə qədər KİVDF-nin keçirdiyi müsabiqələrdə I yerin qalibləri ilə yanaşı, II və III yerin qalibləri də pul mükafatə ilə yanaşı diplomlarla təltif edilib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button