2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bölgə müxbiri Cəmil Məmmədli saxlanılıb

Yayımlandı: 18 Yanvar 2023 13:12

Jurnalist xuliqanlıqda ittiham olunur

Xaçmazda yaşayan və əsasən şimal bölgəsində fəaliyyət göstərən jurnalist Cəmil Məmmədli saxlanılıb. O, xuliqanlıqda ittiham olunur.

Saytların yığılması Saytlarin yigilmasi

İttihama əsasən, Cəmil Məmmədli dekabrın 15-də Xaçmaz sakini C.Ağabalayevlə mübahisə edib. Mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlədib, həm özünə, həm də yanında olan anasına xəsarət yetirərək, xuliqanlıq edib.

Mübahisə isə onların avtomobillərinin toqquşmasından sonra yaranıb.

Cəmil Məmmədli baş verənləri özünə qarşı təxribat sayır. O iddia edir ki, qarşı tərəf onu davaya təhrik edib, nəticədə özünü müdafiə etməli olub.

Cəmil Məmmədli hesab edir ki, ona qarşı baş verənlərin arxasında Qubanın icra başçısı dayanır. O, yada salıb ki, bir müddət əvvəl onun şikayəti əsasında məhkum edilib – barəsində islah işləri cəzasına dair hökm çıxarılıb:

“Onda mənim həbsimə nail olmaq istədi, o zaman alınmadı, indi də bu yolla işi saxtalaşdırıblar”.

Cəmil Məmmədlinin saxlanmasını Daxili İşlər Nazirliyindən də Meydan TV-yə təsdiqləyiblər. Nazirliyin mətbuat xidmətinin Quba regional qrupunun  baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib ki, Cəmil Məmmədli başlanmış cinayət işi üzrə saxlanılıb:

“Hazırda zəruri  istintaq hərəkətləri davam etdirilir”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button