Bizim tərcüməDünya

Bölgədə müharibə zəngləri çalınır! Şimali Koreyadan ABŞ-a təhdid: “Nüvə silahı da daxil olmaqla, hər şeyə cavab veriləcək”

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Son zamanlar ABŞ və Cənubi Koreya arasında hərbi yaxınlaşma və təlimlər regionda gərginliyi artırıb. ABŞ-ın son addımına Şimali Koreyadan yeni təhlükə gəlib. ABŞ-ın müdafiə naziri Lyold Ostinin Cənubi Koreyaya səfərindən sonra açıqlama verən Şimali Koreya rəhbərliyi ABŞ-ın mümkün hərbi əməliyyatına nüvə silahı da daxil olmaqla total müharibə prinsipi çərçivəsində cavab veriləcəyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin bu həftə Cənubi Koreyaya səfərinin əks-sədası davam edərkən, Şimali Koreyadan ABŞ və müttəfiqlərinə hədələyici bəyanat gəlib. Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyət ABŞ və onun müttəfiqlərinin ehtiyatsız münaqişə tərəfdarı manevrləri və düşmənçilik hərəkətləri nəticəsində qırmızı xəttə çatıb”. Açıqlamada Ostinin Seula səfərinə də toxunularaq, “Bu, ABŞ-ın Koreya yarımadasının böyük bir müharibə arsenalına və kritik bir müharibə zonasına çevrilməsi ilə nəticələnəcək təhlükəli ssenarisinin güclü göstəricisidir” , – deyə bildirilib. Bəyanatda “nüvə silahlarına qarşı ümumi müharibə” prinsipi çərçivəsində ən sərt reaksiyanı verəcəyi bildirilib. “ABŞ-ın Koreya yarımadası və ətrafına strateji varlıqlar yerləşdirməyə davam edəcəyi təqdirdə Pxenyanın çəkindirici fəaliyyətlərini davam etdirəcəyi” vurğulanaraq, Şimali Koreyanın “Vaşinqtonun düşmənçilik siyasəti” səbəbindən ABŞ ilə heç bir dialoqa can atmadığı bildirilib.

ABŞ-ın müdafiə naziri Lyold Ostin bu həftənin əvvəlində Cənubi Koreyaya səfər edib və Vaşinqton və Seulun Şimali Koreyanın hərbi təhdidlərinin qarşısını almaq üçün bölgədə F-22 və F-35 təyyarələri də daxil olmaqla qabaqcıl hərbi vasitələrin yerləşdirilməsi barədə razılığa gəldiyini açıqlayıb. Həmçinin iki ölkənin birgə təlimlərinin davam etdiriləcəyi bildirilib.

Mənbə: İHA

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button