2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bölgələrə sərmayə yatırılmır

Bu ilin ilk iki ayında Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin cəmi 3,2 faizi bölgələrin payına düşüb. Qalan 2 milyard 26,7 milyon manat sərmayə paytaxta yatırılıb.

Bakı şəhər statistika idarəsi ilin əvvəlindən şəhərin iqtisadiyyatına yönəldilən yatırımın 16,6 faiz artdığını açıqlayıb. Bütün ölkə üzrə sərmayə qoyuluşunun artımı bundan 3 dəfə aşağı olub.

Saytların yığılması Saytlarin yigilmasi

38,5 faiz geriləmə

Buna da bax:​ İqtisadiyyata investisiya niyə azalır?

İki ayda Bakıdan kənar bölgələrdə iqtisadiyyatın müxtəlif sahələrinə 67 milyon manat investisiya qoyulub. Dövlət Statistika Komitəsi ötən ilin eyni dövründə bu göstəricinin 108,8 milyon manat olduğunu açıqlayırdı. Azalma tempi 38,5 faizdir.

Bəs bölgələrə sərmayə fəallığının aşağı olması nədən qaynaqlanır?

Ekspert: «Bölgədəki sahibkar köməksizdir»

İqtisadçı Qadir İbrahimli

İqtisadçı Qadir İbrahimli

Ölkədə sərmayələrin qorunmasında problemlərin olduğunu deyən iqtisadçı Qadir İbrahimli bu fikirdədir ki, bölgələrdə bu daha ciddi şəkil alıb: «Bakıda çətinlik və ya haqsızlıqla üzləşən sahibkar sözünü «harasa» çatdıra bilir, əyalətdə isə o köməksizdir. Bundan başqa, süründürməçilik, infrastrukturun zəif inkişaf etməsi iş adamlarının bölgələrə «ayaq açmasını» əngəlləyən əsas səbəblər sırasındadır».

Buna da bax: İ.Əliyev: ‘Dünyada ən yüksək inkişaf göstəriciləri bizdədir’

Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi 14,9 milyard manat olub. Bunun 1,3 milyard manatı – 8,9 faizi bölgələrə yatırılıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button