2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bolqarıstan parlamenti deputatlarının işğal altındakı Qarabağa səfəri barədə xəbəri təkzib etdi

Bolqarıstandan heç bir parlament nümayəndə heyəti Ermənistanda səfərdə olmayıb. Bu barədə Bolqarıstanın Xalq Məclisinin mətbuat xidmətinin bəyanatında deyilir.

Mətbuatda yazılanlarla əlaqədar olaraq, parlamentin mətbuat xidməti bəyan edir ki, heç bir parlament nümayəndə heyətinin Ermənistana səfəri olmayıb: “Millət vəkilləri Valeri Simeonov, Valentin Kasabov, Dimitr Bayraktarov və Xristiyan Mitevin səfəri Xalq Məclisinin hesabına deyil, şəxsi dəvət əsasındadır və səfərin Bolqarıstan parlamentinə heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Bolqarıstanın Vətənpərvər Cəbhə partiyasını təmsil edən parlament üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button