2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bolqarıstanda qanunsuz böyrək köçürmələri ilə bağlı cinayət işi qaldırılıb

Bolqarıstan daxili işlər nazirinin səlahiyyətlərini icra edən Boyko Raşkov deyib ki, ölkədə xarici vətəndaşlara böyrək transplantlarının verilməsinin 14 epizodu araşdırılır.

Nazir iyunun 24-də bildirib ki, ilkin istintaq qanunun və tibb etikasının pozulduğunu göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, cavabdehlərin tapılmasına və mühakimə olunmasına ehtiyac var.

İstintaq bu ayın əvvəllərində, səhiyyə naziri Stoyko Katsarov müvafiq bəyanatlarla çıxış etdikdən sonra başlanıb.

Katsarov iyunun 3-də demişdi ki, 2019-cu ildən bu ilin aprelinədək Sofiyadakı Lozonets dövlət xəstəxanasında böyrəyi köçürülmüş bəzi donorlar saxta kimlik və sənədlərlə qeydiyyatdan keçirilib.

Bundan məqsəd donorların guya pasientlərə qohum olduqlarını göstərmək idi.

Gənc Moldovan və ukraynalıların böyrəkləri

Barəsində cinayət işi qaldırılmış 14 epizodda saxta kimliklə qeydiyyata alınmış gənc moldovan və ukraynalıların böyrəklərinin İsrail, Almaniya, Oman və başqa ölkələrdən olan pasientlərə köçürüldüyü düşünülür.

Bolqarıstan qanunlarına görə donorlar pasientin qohumları olmalıdır.

Qanunsuz transplantlarla bağlı Interpoldan verilmiş bildirişdən sonra Bolqarıstan hakimiyyət orqanları xəstəxanada qeydiyyatdan keçirilmiş sənədlərin saxta olduğunu müəyyənləşdirib.

Raşkov deyib ki, Bolqarıstan müstəntiqləri cinayət işi ilə bağlı Moldova hökumətinə müraciət ediblər.

Səhiyyə naziri Katsarov sözü gedən xəstəxananın direktorunu vəzifəsindən azad edib.

Lozonets xəstəxanası özünə qarşı ittihamları inkar edir.

Avropa İttifaqının ən yoxsul ölkəsi sayılan Bolqarıstan mütəşəkkil cinayətkarlığa və kök salmış korrupsiyaya görə Brüssel tərəfindən tənqid edilir.

24 saat” “Bolqarıstanda qanunsuz böyrək köçürmələri ilə bağlı cinayət işi qaldırılıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button