2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Bolt”: “Şərtlərlə razılaşan sürücülərlə işi davam etdirəcəyik”

“Gəlirləri stabil yüksək tutmağa çalışırıq”

“Bolt” şirkəti onlarla əməkdaşlıq edən taksi sürücülərinin tələb və etirazlarına münasibət bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Şirkətdən Meydan TV-nin sorğusuna cavab olaraq deyilir ki, komissiya və minimal gediş qiyməti baş ofis tərəfindən nizamlanan qərardır.

Bildirilib ki, “Bolt” şərtlərlə razı olan sürücülərlə işbirliyini davam etdirəcək:

“Sürücülər platformamızdan qeydiyyatdan keçərkən, minimal gediş haqları, komissiya şərtləri və istifadəçi qaydaları ilə yaxından tanış olurlar. Həmçinin hər bir sürücüyə platformamızın istifadə qaydalarına aid zəngli təlimatlandırılma aparılır”.

“Təbii ki, sürücülərin gəlirlərini stabil yüksək tutmağa çalışırıq. İstifadəçi bazasını və bununla da sifariş olunan gediş saylarını artırmaqla, sürücü gəlirlərinin yüksəkliyi təmin etmək şirkətimizin marağında olan bir addımdır”, – şirkətin cavabında deyilir.

“Bolt” taksi xidmətinin sürücüləri boykot etməyi planlaşdırır.

Onlar mayın 27-də saat 17:00-dan 19:00-dək mobil applikasiyasını bağlayaraq işə çıxmayacaqlar.

Onlar şirkət qarşısına bir neçə tələb qoyublar.

Bunların arasında – komissiyanın 20%-dən 10%-ə endirilməsi, həmçinin gedişhaqlarının minimal 2.40 manatdan başlaması tələbi var.

“Bolt”un komissiya haqqı 20%, gediş qiyməti isə 1.20-1.60 manat arasında dəyişir.

“Bolt”un Azərbaycandakı törəməsi olan “Bolt Services AZ” MMC Estoniyanın taksi, yemək çatdırma, karşerinq və mikromobillik təklif edən şirkətidir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button