Loading...
Loading...
SEÇMƏ

“Bolt” sürücüləri də etiraza hazırlaşırlar

Onlar xidmətin qarşısında 11 tələb qoyublar

“Bolt” taksi xidmətinin sürücüləri boykot etməyi planlaşdırır.

Etiraz edən sürücü Nicat Məmmədov Meydan TV-yə deyib ki, sürücülər mayın 27-də saat 17:00-dan 19:00-dək mobil applikasiyasını bağlayaraq işə çıxmayacaqlar.

O deyib ki, bu, boykotun birinci mərhələsidir:

“Rəhbərlik sürücülərin tələblərinə əməl etməsə, növbəti günlərdə boykotun vaxtı daha da uzadılacaq”.

Onun sözlərinə görə, sürücülər şirkət rəhbərliyindən aşağıdakı tələblərə əməl etməyi istəyirlər:

Nicat Məmmədov bildirib ki, boykota daha çox sürücünün cəlb edilməsi planlaşdırılır: “Boykot ərzində hər kəs öz müştəri proqramından girib mərkəz (Sahil, 28 May, İşərişəhər) ərazilərə “Bolt”dan sifariş verəcək. Məsələn, olduğumuz yeri, 28 Mall, Hökumət evi, “Sahil metrosu”, Qız qalası və sair göstərərək həmin yerlərə taksi çağıracağıq. Sifarişi qəbul edən sürücüyə məlumat verəcəyik ki, axşam saat 5-dən 7-yə kimi hamı proqramı bağlasın. Beləcə, etirazdan məlumatı olmayanları da boykota dəvət edəcəyik”.

Şikayətçinin sözlərinə görə, “Bolt” rəhbərliyi ümumiyyətlə, sürücülərin iradlarını dinləmir. Sosial şəbəkələrdə məsələ ilə bağlı etiraz edən sürücülər isə “Bolt”un sistemində bloklanır:

“Hansı sürücü nəsə irad bildirəndə deyir ki, bizdə budur, istmirsən, get, başqasında işlə. Bir çox sürücünün başına gələn hadisədir. Bir də görürsən ki, hansısa rayona sifariş gəlib. Sürücü qəbul edir, müştəri avtomobilə minir: ailə, qadın, uşaq. Sürücü sistemə vurur, görür ki, məsəl üçün İsmayıllı rayonuna gedəcək. Sürücü də deyir ki, mən ora necə gedim? Səhərdən işləyirəm, indi də axşam saat 9-dur, yorğun-arğın ora necə gedəcəyəm? Orada harada qalacağam? Bu kimi hallar çox olur”.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hazırda Azərbaycanda fəaliyyət göstərən həm yerli, həm də beynəlxalq taksi operator şirkətlərinin sürücülər istismar etməsi qənaətindədir.

Ekspert Meydan TV-yə deyir ki, bəzi hallarda hətta 25 faizə qədər yüksələn komissiya haqqı 10 faizə endirilməlidir.

Onun sözlərinə görə, belə olsa, taksi sürücülərinin maddi vəziyyəti az da olsa düzələr. Eyni zamanda, taksi qiymətlərinin artırılmasına da ehtiyac qalmaz: “Hazırda qüvvədə olan qanunvericilikdə taksi xidməti şirkətlərinin fəaliyyətinə dair heç bir tələb yoxdur”.

Nazirlər Kabinetinin normativlərinə əsasən, Bakı şəhərində 1 kilometr məsafəyə görə gedişhaqqı 0.70 AZN-dir, məsafə artdıqca bu qiymət 0.50 AZN-ə qədər enə bilir. Bununla belə, hökumət taksi şirkətlərinə fiks qiymət tələbi qoya bilməz. Çünki qiymətlər müxtəlif səbəblərə görə – hava şəraiti, günün pik saatları – dəyişə bilər”, – deyə o bildirib.

Ekpert hesab edir ki, taksi şirkətləri qarşısında bu məsələ qaldırılmalı, komissiyanın 10%-dən çox olmamasına dair tələblər irəli sürülməlidir:

Gözdən qaçırmayın:  Brüssel görüşü: “Qərb münaqişənin tam həllində maraqlıdır, Rusiya isə yox”

“Həmçinin taksi xidmətində təhlükəsizlik və keyfiyyətin yüksəldilməsinə də baxılmalıdır. İstifadəyə yararsız avtomobillərlə, eyni zamanda, təcrübəsiz sürücülərlə xidmətlər təkif edirlər. Bu zaman görürük ki, inhisarçılıqla məşğuldurlar. Bir kilometr məsafəyə 25 qəpik təklif edirlər. İstehlakçılar bilməlidirlər ki, belə ucuz taksilərdə keyfiyyət olmayacaq, eyni zamanda, onun həyatına ciddi təhlükə yaranacaq”.

Prezident İlham Əliyev 2022-ci il fevralın 2-də “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərman Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.

Fərmanla Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Ekspert deyir ki, bu qərar taksi xidmətlərinin işinin keyfiyyətinə birbaşa olmasa da, dolayısı ilə təsir edə bilər.

Ekspert deyir ki, bu qərar taksi xidmətlərinin işinin keyfiyyətinə birbaşa olmasa da, dolayısı ilə təsir edə bilər.

“Bolt” şirkətinin rəsmisi Naim Əziz Meydan TV-yə məsələ ilə bağlı həftəsonuna kimi cavab verəcəyini bildirib.

Daha öncə “Wolt” və “Bolt Food” kuryerləri daşınma xidmətinin qiymətlərinə etiraz etmişdilər.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button