2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Boris Conson gözlənilmədən Kiyevə səfər edib – Ukrayna daha da güclənəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə səfər edib.

Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

Boris Conson Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə təkbətək görüş keçirib. Prezident Ofisinin rəhbəri Andrey Yermak Boris Conson Vladimir Zelenski arasında söhbətin “çox zəngin və konstruktiv” olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Liderlik – digərləri məsuliyyətdən yayınmağa çalışan zaman, bəzilərinin könüllü olaraq üzərinə götürdüyü yükdür. Real liderlərin sayı heç vaxt çox olmur. Və çox yaxşı ki, onların arasında Ukraynanın əsl dostlar var. Böyük Britaniyanın Baş naziri Boris Conson kimi”, – Yermak deyib.

Onun sözlərinə görə, Conson Rusiya təcavüzünün ilk günlərindən Zelenski ilə birbaşa təmasda olub.

“Bu gün isə yenidən Kiyevə gəlib. Söhbət çox zəngin və konstruktiv keçdi”, – Prezident Aparatının rəhbəri vurğulayıb.

Yermak əlavə edib ki, müntəzəm olaraq cənab Consonun təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Lavqrouv və beynəlxalq məsələlər üzrə müşaviri Devid Kvorri ilə danışır, buna görə də bu səfər kortəbii olmayıb.

“Nəticələri gözləmək çox çəkməyəcək. Amma indidən deyə bilərəm: biz daha da güclənəcəyik”, – Yermak vurğulayıb.

Britaniya hökumətinin mətbuat katibi isə bildirib ki, Boris Conson Vladimir Zelenskiyə hərbi yardımın gücləndirilməsi ilə bağlı təkliflər təqdim edib.

“Baş nazir prezident Zelenski ilə şəxsən görüşmək və Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Ukraynaya səfər edib. Baş nazir yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək”, – o, açıqlamasında bildirib.

Bəzi məlumatlara görə, söhbət çox ciddi yardım paketindən gedir. Bundan əvvəl məlum olmuşdu ki, Böyük Britaniya Ukraynaya “Mastiff” və “Chakal” tipli zirehli texnika göndərməyə hazırlaşır.

Xatırladaq ki, ümumilikdə indiyədək ABŞ və müttəfiqləri artıq Ukraynaya 60 min tank əleyhinə sistem və 25 min Daşınan Zenit Raket Kompleksi göndərib.

24 saat” “Boris Conson gözlənilmədən Kiyevə səfər edib – Ukrayna daha da güclənəcək” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button