2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Boris Conson vəzifəsində qaldı

Etimad səsverməsinin keçirilməsini onun öz Mühafizəkar Partiyasından olan azı 54 millət vəkli istəmişdi
Britaniyanın baş naziri Boris Conson İyunun 6-da hakim Mühafizəkar Partiyada keçirilən etimad səsverməsindən salamat çıxıb. Bu səsvermədə yalnız hakim partiyadan olan deputatlar iştirak edirdilər.
Etimad səsverməsinin keçirilməsini onun öz Mühafizəkar Partiyasından olan azı 54 millət vəkli istəmişdi.
Bu, parlamentdəki mühafizəkarların 15 faizini təşkil edir.
Boris Conson beləliklə 211 leyhinə 148 əleyhinə nisbəti ilə etimad səsverməsindən qalib çıxıb.
The Independent yazır ki, bu nəticə Consonun siyasi gələcəyinə dair heç də bütün suallara cavab vermir.
Boris Condon COVID-19 pandemiyası zamanı özünün qoyduğu karantin qadağanını pozaraq həm də hökumət iqamətgahı sayılan evində içki məclisi təşkil etdiyinə görə müxalifət və bir sıra partiyadaşları tərəfindən kəskin tənqid olunurdu.
The Independent yazır ki, mühafizəkarların yeganə narazılığı baş nazirin içki məclisi ilə bağlı deyil.
O son 70 ildə ölkədə ən böyük vergi artımına və bir sıra siyasətlərinə, o cümlədən idarəçilik tərzlərinə görə tənqid olunur.
Bu da xəbər verilir ki, etimad səsverməsində baş nazirin əleyhinə səs vermiş rəsmilər artıq istefa ərizələrini təqdim etməyə başlayıblar.
Lakin Consonun sadiq partiyadaşları, o cümlədən xarici işlər naziri Liz Trass səsvermə nəticəsindən məmnun qaldığını yazıb.

Reuters yazır ki, Boris Consonun vəzifəsini qoruyub saxlamasına baxmayaraq ona öz partiyası daxilində çox ağır zərbə dəyib.
Səsvermə nəticələrinəı görə Boris Consonu mühafizəkar millət vəkillərinin 59 faizi dəskləyib.
Bu, 2018-ci ildə ovaxtkı baş nazir Tereza Meyin etimad dəstəyindən aşağı rəqəmdir.
Səsvermə hakim Mühafizəkar Partiyadan olan millət vəkillərinin 40 faizinin Boris Consona partiya lideri kimi etimad etmədiyini göstərib.
Mühafizəkar millət vəkilləri Consonun ölkənin iqtisadi resessiya, qiymət artımı və yüksək inflyasiya ilə üzləşdiyi şəraitdə ölkəyə necə başçılıq edəcəyindən narahatdırlar.
Lakin Consonun hökumət kabineti əmindir ki, baş nazir pandemiyanın öhdəsindən uğurla gələ bilib və Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı qətiyyətli mövqe tutub.

Boris Conson

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “
Boris Conson vəzifəsində qaldı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button