2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Boris Conson yenə Kiyevə gəlib

Danışıqlarda Ukraynaya ağır silahların və hava hücumundan müdafiə sistemlərinin verilməsi, Ukraynaya dəstək, Rusiyaya qarşı yeni sanksiyalar və təhlükəsizlik qarantiyaları müzakirə edilib
Britaniyanın baş naziri Boris Conson iyunun 17-də əvvəlcədən elan etmədən Kiyevə gəlib.
Conson burada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Bu görüşdən fotoları sosial şəbəkələrdə həm Zelenski, həm də Conson paylaşıblar.

Bu, Boris Consonun Kiyevə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlanandan bəri ikinci səfəridir.
O bundan əvvəl Kiyevdə aprelin 9-da olub. Onda Rusiya qoşunları bir neçə gün idi ki, Kiyev ətrafından geri çəkilmişdi.
Ukrayna prezidenti administrasiyasının rəhbəri Andriy Yermak deyib ki, danışıqlarda Ukraynaya ağır silahların və hava hücumundan müdafiə sistemlərinin verilməsi, Ukraynaya dəstək, Rusiyaya qarşı yeni sanksiyalar və təhlükəsizlik qarantiyaları müzakirə edilib.

Ukraynanın qələbəsini təmin etmək
Conson Britaniya hökuməti adından Ukrayna hərbçilərinə Britaniya ərazisində təlim keçilməsi proqramını təklif edib.
Baş nazirin sözlərinə görə Britaniya dörd ay ərzində 10 minədək Ukrayna hərbçisini təlimləndirə bilər.
Conson qeyd edib ki, London bu müharibədə dönüşə nail olunmasını istəyir.
Britaniya Rusiyanın hərəkətlərinə münasibətdə çox kəskin mövqe tutur.
London indiyədək Kiyevə bir neçə yüz milyon dollarlıq silah verib və silah təchizatını daha da artırmaq niyyətindədir.
Britaniya rəsmiləri daim bəyan edirlər ki, Ukraynanın dəstəklənməsindən məqsəd onun bu müharibədə qələbəsini təmin etməkdir.
Bundan bir gün əvvəl Kiyevə Avropa İttifaqının dörd üzvü – Almaniya, Fransa, İtaliya və Rumıniyanın liderləri səfər etmişdilər.

Saytların yığılması Saytlarin yigilmasi

Boris Conson iyunun 17-də Kiyevdə prezidnet Volodimir Zelenski ilə görüşüb

24 saat” “
Boris Conson yenə Kiyevə gəlib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button