2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Boris Johnson yenidən baş nazir ola bilər

Bukmekerlər keçmiş baş nazir Boris Johnson və onun keçmiş maliyyə naziri Rishi Sunakı real namizədlər hesab edir.

Saytların yığılması Saytlarin yigilmasi

Böyük Britaniyanın “William Hill” bukmeker şirkətinin məlumatına görə, keçmiş baş nazir Boris Johnson və onun keçmiş maliyyə naziri Rishi Sunak baş nazirliyə real namizədlər hesab olunurlar.

Qeyd edək ki, Liz Truss bir gün öncə istefa ərizəsi verib.O, bu vəzifədə cəmi 6 həftədir ki, işləyirdi.

Bukmekerlərin fikrincə, Sunakın baş nazir olmaq şansı daha çox idi, amma Johnsonun baş nazirlik uğrunda mübarizə aparmağa hazır olduğunu bəyan etməsindən sonra vəziyyət dəyişib və demək olar ki, tərəflər arasıındakı fərq bərabərləşib.

Baş nazirliyə namizəd olmaq üçün Mühafizəkarların lideri bazar ertəsinə qədər ən azı 100 partiya üzvünün dəstəyini qazanmalıdır.

Bir neçə namizəd olduqda isə, lider partiya üzvləri tərəfindən səs çoxluğu ilə seçilir.Reütersin məlumatına görə, proses oktyabrın 28-dək başa çatmalıdır.

Mənbə qeyd edir ki, Johnson bu ilin iyulunda millət vəkilləri tərəfindən hakimiyyətdən uzaqlaşdırılsa da partiya üzvləri arasında populyarlığını qoruyub saxlayır.

Üçüncü yerdə isə partiya üzvləri arasında məşhur olan keçmiş müdafiə naziri Penni Mordaunt gəlir.

İngiltərənin ən qısa müddət baş naziri olan Trussın iqtisadi planları investorlar tərəfindən rədd edildikdən sonra o, istefa vermək məcburiyyətində qaldı.

24 saat” “
Boris Johnson yenidən baş nazir ola bilər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button