2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Borrel Rusiyaya qarşı yeni sanksiyaları istisna etmir


Avropa İttifaqı xarici işlər komissarı Josep Borrel bəyan edib ki, ittifaq Aleksey Navalnı ilə bağlı Rusiya üzərinə yeni sanksiyaların qoyulacağını istisna etmir.

O bu barədə Moskva səfərindən sonra yazdığı bloqda bildirir.

Borrel yazır ki, yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi üçün bu yaxınlarda təsdiqlənmiş mexanizmdən istifadə oluna bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu mexanizm insan haqlarının pozulmasına görə ölkələrə qarşı sanksiyaların elan olunmasına imkan verir.

Borrel xatırladıb ki, o Moskva səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bir daha Navalnının azad edilməsinə çağırıb.

 

Borrel Moskva mətbuat konfransının ‘aqressiv tonundan’ gileylənir

Borrelin sözlərinə görə insan haqları Rusiyanın öz üzərinə könüllü şəkildə götürdüyü beynəlxalq öhdəliklərdən biridir.

Komissar Moskvada Lavrovla birgə keçirdiyi mətbuat konfransının aqressiv tonundan gileylənib.

“Mənim Lavrovla görüşüm göstərdi ki, Avropa və Rusiya bir-birindən uzaqlaşmaqdadır”.

Borrel Rusiyanı “etibarsız partnyor” adlandırıb.

Rusiya XİN Borrelin Moskva səfərindən sonra yazdığı qeydlərdən təəccübləndiyini bildirib.

Bıəyanatda deyilir ki, Borrelin qeydləri onun mətbuat konfransı zamanı dedikləri ilə ziddiyyət təşkil edir.

 

“Gözə-göz, dişə-diş”

Bu da qeyd olunmalıdır ki, Moskva Borrelin səfəri günlərində Avropa İttifaqının üzvü olan üç ölkənin diplomatlarını nümayişkəranə şəkildə qovmuşdu.

Almaniya, İsveç və Polşa diplomatlarının Rusiyadan qovulmasına cavab olaraq fevralın 8-də rusiyalı diplomatları persona non grata elan ediblər.

Rusiya sözü gedən ölkələrin diplomatlarını guya Aleksey Navalnının tərəfdarlarının aksiyalarına qoşulduqlarına görə ölkədən çıxarmışdı.

Almaniyanın Xarici İşlər Nazirliyi fevralın 8-də bildirib ki, Rusiyanın Berlindəki səfirlyinin bir diplomatı ölkədən çıxarılır.

Almaniya XİN vurğulayır ki, Moskvanın Avropa diplomatlarını qovmaq qərarı heç nə ilə əsaslandırıla bilməz.

Bəyanatda deyilir ki, ölkədən çıxarılan alman diplomat diplomatik münasibətləri tənzimləyən Cenevrə konvensiyasından irəli gələn hüquqlarından istifadə edib.

İsveç və Polşa hökumətləri də buna bənzər bəyanatla çıxış ediblər.

Polşa Rusiyanın Poznan şəhərindəki konsulluğunun əməkdaşını persona non grata elan edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button