2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Boş qalan kirayə evlərin qiyməti niyə ucuzlaşmır?

Karantin qaydalarının yumşaldılması, iş yerlərinin fəaliyyətinin bərpası paytaxta üz tutan insanların sayına da təsirsiz ötüşməyib. Bu isə öz növbəsində kirayə mənzil tapmaqda çətinliklər yaradır.

Kirayə mənzil axtaranların sayı artdıqca mənzillərin qiyməti də bahalaşır. Sakinlər büdcələrinə uyğun mənzillər tapa bilmədiklərindən, təklif olunan mənzillərin dəyərindən olduqca baha olduğundan şikayətçidir.

– Deyirlər ki, bina evi var. 2 otaqlı və ya 3 otaqlı. Gedib baxırsan ki, şəraiti yoxdur, yaşamaq olmaz. Həmin evi kirayə götürsən gərək 3, 4 min xərc çəkəsən ki gedib yaşayasan.

Saytların yığılması Saytlarin yigilmasi

– Hazırda kirayə evlərin qiyməti çox bahadır. Məsələn kimsə rayondan gəlir ev tapa bilmir. Tapsa da şəraiti çox pisdir. Ya su yoxdur, ya digər şey. Məsələn bax burada 450 manata 1 otaqlı ev verirlər. Ancaq əslində 2 otaqlıda qala bilərlər o qiymətə. Lakin tapmaq olmur.

– Mən özüm 350 manatlıq işdə işləyirəm. Yaxşı kirayələrin isə qiyməti 400. 500 manatdan başlayır. Mənim o qiymətə kirayədə qalmağım əlbəttə ki mümkün deyil.

Neftçilər metrosu yaxınlığında “maklerlər bağı” kimi tanınan ərazidə çəkilişlərimiz zamanı da durğunluq hiss olunurdu. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, yay mövsümünün yekunlaşması kirayə mənzillərində bahalaşmasına səbəb olur. Lakin ötən illə müqayisədə bu artım çox deyil: “Bu gün Bakı şəhəri üzrə kirayə mənzil bazarının 20, 25 faizini tələbələr təşkil edir. Yəni kirayə verilən hər 4 mənzildən 1-də tələbələr qalır. Ənənəvi təhsil bərpa olunacağı halda ötən il müşahidə etdiyimiz 50, 100 manat qiymət düşümü artımla əvəz olunacaq”.

Ramil Qasımzadənin sözlərinə görə Nərimanov, Gənclik və Sahil metrosu ətrafında qiymətlər digər yerlərə nisbətən bahadır. Kirayə mənzil bazarında süni qiymət artımına gəlincə isə ekspert deyir ki, realtorlar tərəfindən süni qiymət artımına rast gəlinmir: “Çünki realtorlar istəyirlər ki, həm alqı-satqı məsələsində, həm də kirayə bazarında dinamiklik artsın. Bu gün dinamiklik olduqca aşağıdır. Alqı-satqı və kirayə verilməsi işi nə qədər çox olarsa realtorların qazancı da bir o qədər çox olacaq”.

Qeyd edək ki, mənzil kirayə verən və kirayə götürən arasında bir çox hallarda müqavilə bağlanmaması da əlavə problemlərin yaranmasına səbəb olur.

APA

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button