Loading...
Loading...
Dünya

Bosniyalı zorlama qurbanlarının ukraynalı qadınlara məsləhəti

Ukrayna hakimiyyəti, eləcə də 21-ci əsr Avropasında smartfonların çoxluğu diqqəti dərhal mümkün hərbi cinayətlərə yönəldib

Balkan münaqişəsi etnik təmizləmə, zorlama, digər vəhşiliklərlə ad çıxarıb. Oxşar iddialar Rusiyanın Ukraynada apardığı müharibəylə bağlı da səslənir. Balkanlardakı hərbi cinayət qurbanları ukraynalı qadınları hər şeyi sənədləşdirməyə çağırırlar.

Onlardan biri Nusreta Sivaç onillərdir müharibənin dəhşətli epizodlarını ağlından çıxara bilmir. O, 1992-95-ci illər Bosniya müharibəsi vaxtı etnik serblərin nəzarətində olan Projedor konsentrasiya düşərgəsində qadın məhbuslardan biri imiş. Haaqada məhkəmə proseslərində dəfələrlə ifadə verib, hazırda doğma ölkəsi Bosniya-Herseqovinada davam edən proseslərdə görünür.

“Həmin modeldir”

Sivaç Rusiya səkkiz həftə öncə Ukraynaya qarşı müharibəyə başlayandan gələn xəbərlərdə tanış dəst-xətt gördüyünü söyləyir.

“Ukraynada da həmin model işə salınıb, qadınları zorlayırlar”, – Sivaç AzadlıqRadiosu-nun Balkan xidmətinə deyib.

O digər bosniyalı qadınlarla birlikdə ukraynalı qadınlara vacib bir məsləhət verir, dəyanət göstərərək cinayətləri sənədləşdirsinlər.

Beynəlxalq müşahidəçilərin qənaətinə görə, Bosniya müharibəsində 20 mindən 50 minədək qız, qadın, kişi zorlanıb.

Ancaq bu cinayətlərin böyük əksəriyyəti cəzasız qalıb. Haaqada keçmiş Yuqoslaviya üzrə yaradılmış Beynəlxalq Cinayət Tribunalındakı beynəlxalq prokurorların səylərinə baxmayaraq.

Bu məhkəmə 1997-ci ildə ilkin mühakiməyə başlayandan 2017-ci ildə yekun hökmlərə qədər 30-dan çox adamı hərbi cinayətə bərabər seksual zorakılıqda təqsirli bilib. Bosniya məhkəmələri daha 130 nəfəri seksual zorakılığa görə məhkum edib. Daha 200 işə Bosniyada baxılır.

Təhqiqatlar başlayıb

Ukrayna hakimiyyəti, eləcə də 21-ci əsr Avropasında smartfonların çoxluğu diqqəti dərhal mümkün hərbi cinayətlərə yönəldib.

Ukraynada Rusiya əsgərlərinin törətdiyi bildirilən zorlamalar barədə məlumatlar gəlsə də, müharibə zonasına giriş hələ də çətin olaraq qalır.

Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Ukraynada 2013-cü ilin noyabrından cinayət iddiaları üzrə təhqiqat başladıb. Rusiya 2014-cü ildə Krımı ilhaq edərək Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb.

BMT-nin İnsan Haqları Şurası isə müharibə qanunlarının mümkün pozuntuları üzrə Sorğu Komissiyası yaradıb, Rusiyanı üzvlükdən çıxarıb.

“92-də bunlar yox idi”

Cənubi Xerson regionunun prokuror müavini Oleksey Danilyak AzadlıqRadiosu-na deyib ki, onun idarəsi rusiyalı əsgərlərin törətdiyi bildirilən cinayətlər üzrə mindən çox cinayət işi açıb.

Rusiya rəsmiləri zorlama iddidlarını cavablandırmayıblar, amma indiyədək dinc sakinləri hədəf almadıqlarını deyiblər. Ancaq Rusiya artilleriyasının yaşayış binalarını, məktəbləri, xəstəxanaları vurmasına dəlillər var.

“Bu təcavüzün nəticəsindən asılı olmayaraq onlar özlərini hərbi cinayətləri sənədləşdirməyə həsr etməlidirlər”, – Bosniyanın paytaxtı Sarayevoda Tədqiqat və Sənədləşdirmə Mərkəzinin təsisçi direktoru Mirsad Tokaca deyib.

Gözdən qaçırmayın:  Rusiya Polşaya və Bolqarıstana qaz verilməsini dayandıracaq

O, mərkəzinin yardımını və təcrübəsini artıq təklif edib. “21-ci əsrdə yüksək kommunikasiya görürük. 92-də bunlar yox idi”, – o vurğulayır.

Parçalanmış ölkə

24 saat” “
Bosniyalı zorlama qurbanlarının ukraynalı qadınlara məsləhəti
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button