2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Böyük 20-lik Əfqanıstandakı humanitar böhranı müzakirə edib

Dünyanın ən güclü iqtisadiyatına malik Böyük 20-lik (G-20) ölkə liderləri Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən iki ay sonra çərşənbə axşamı fövqəladə toplantı keçirib.

G-20-yə sədrlik edən İtaliyanın Baş Naziri Mario Draqi Əfqanıstanın humanitar fəlakətə doğru getdiyini bildirərək görüşün keçirilməsi üçün təzyiq göstərmişdi.

Mario Draqi deyib ki, bu gün keçirilən qapalı virtual zirvə görüşünün əsas mövzuları Əfqanıstanda təhlükəsizlik, humanitar yardım və insan haqları olub. Xatırladaq ki, növbəti G-20 zirvə görüşü 30-31 oktaybr tarixlərində keçirilməsi nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Talibanın avqustun 15-də hakimiyyəti ələ keçirməsi və ABŞ qoşunlarının iyirmi illik müharibədən sonra geri çəkilməsindən sonra ölkədəki humanitar vəziyyətlə bağlı narahatlıqlar artmaqdadır.

Baş Nazir Mario Draqinin əsas “prioritet” olaraq təyin etdiyi mövzular – terrorla necə mübarizə aparılması, ölkə daxilində hərəkət azadlığının təmin edilməsi, həm Əfqanıstan sərhədləri daxilində, həm də xaricindəki əfqanlar, qeyri-hökumət təşkilatlarının üzvləri və ölkədəki qadınların vəziyyəti müzakirə olunub.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bazar ertəsi bildirib ki, Əfqanıstanda banklar bağlanıb, bir çox yerdə sağlamlıq və digər zəruri xidmətlərin dayandırılıb. O, ölkə əhalisinin yarısına təsir edən humanitar böhranın artdığını da vurğulayıb.

“Taliban yaraqsızlığına görə Əfqanıstan xalqı kollektiv cəza ala bilməz” – deyə, Quterreş bildirib.

Zirvə görüşünə, həmçinin Hollandiya, İspaniya, Sinqapur və Talibanın Qərblə dialoqunda mühüm rol oynayan Qətər də dəvət olunub.

Lakin görüşə Əfqanıstanın qonşuları Pakistan və İran dəvət olunmayıb. Eləcə də Çin mediasının verdiyi xəbərə görə, Prezident Şi Tsinpin də iştirak etməyib.

Məsələyə maksimum diqqət çəkmək üçün Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, müxtəlif təşkilatlar görüşdə iştirak edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button