2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Böyük Britaniya kraliçası vəfat edib

Yayımlandı: 8 Sentyabr 2022 23:02

II Elizabetanın ölümü elan edildikdən sonra Londonun mərkəzindəki bütün hökumət binalarında Britaniya bayraqları yarıya endirilib

Sentyabrın 8-də Böyük Britaniya kraliçası II Elizabet 96 yaşında vəfat edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Bukingem Sarayı məlumat yayıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyi II Elizabetanın rəsmi dövlət başçısı olduğu 15 ölkənin hökumətlərini, eləcə də qalan 38 ölkənin – Millətlər Birliyinin üzvlərinin rəhbərliyini məlumatlandırıb. Böyük Britaniyada 10 gün matəm elan olunub.

Bildirilir ki, kraliçanın ölümü elan edildikdən sonra Londonun mərkəzindəki bütün hökumət binalarında Britaniya bayraqları yarıya endirilib.

Kraliçanın oğlu Şahzadə Çarlz və digər ailə üzvləri kraliçanın Şotlandiya iqamətgahına gəlib və onunla birlikdə olublar.

II Elizabetanın dəfn mərasimi “London körpüsü” kod adlı əvvəlcədən hazırlanmış prosedura uyğun keçiriləcək.

II Elizabet 1926-cı ildə doğulub.

1947-ci ildə şahzadə Elizabet Filip Mauntbattenlə ailə qurub. O, 1952-ci ildən kraliçadır.

II Elizabetanın 2 oğlu, 1 qızı var. Həyat yoldaşı Filip ötən il vəfat edib.

Sentyabrın 7-də II Elizabet Balmoralda Boris Consonun istefasını qəbul etmişdi. Ardınca yeni Baş nazir Liz Trussa hökuməti formalaşdırmağı tapşırıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button