2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Böyük Britaniya səfirliyi Azərbaycanı İstanbul konvensiyasına qoşulmağa çağırıb

Bakı/09.08.21 Böyük Britaniya Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırır. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin məlumatında bildirilir.

“Biz son ayda 9 qadının ailə zorakılığı nəticəsində ölümü, eləcə də Sevinc Məhərrəmovanın qətlə yetirilməsi barədə xəbərlərdən olduqca narahatıq.

Qadınların heç biri məişət zorakılığının qorxusu altında yaşamamalıdır və hər bir qız öz təhlükəsizliyini dərk edərək böyüməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Belə halların düzgün araşdırılması və məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin təmin edilməsi çox vacibdir.

Böyük Britaniya gender bərabərliyini dəstəkləyir və Azərbaycanı məişət zorakılığı faktlarına son qoymaq üçün İstanbul konvensiyasını imzalamağa çağırır”, – səfirliyin məlumatında bildirilir.

Rəsmi Bakı hələlik bu bəyanata reaksiya verməyib.-03D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button