2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Böyük Britaniya silah alışı üçün Ukraynaya yardım edib

Kiyevdəki kafelərdən birində Britaniyanın Baş nazirin adının ukraynalaşdırılmış variantı olan Boris Consonyuk adlı alma deserti satılır

Cümə axşamı Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verdikdən 90 dəqiqə sonra Boris Coson Ukraynanın Prezidenti Volodimir Zelenskiyə zəng edib. O, Ukrayna prezidentinə bildirib ki, Böyük Britaniya Rusiyaya qarşı mübarizədə Ukrayna xalqına çox dəstək  olub və əlavə edib ki, ehtiyac olduğu müddətcə Böyük Britaniya Ukraynaya həyati əhəmiyyət kəsb edən müdafiə yardımı göstərməyə davam edəcək. Telefon danışığını dinləyən köməkçisinin sözlərinə görə Conson Zelenskiyə “Sən qəhrəmansan, Volodimir. Bu ölkədə hamı səni sevir”,- deyib.

Böyük Britaniya və ABŞ rəsmilərinin “Reuters”ə verdiyi açıqlamada deyilir ki, Rusiyanın Ukraynanı işğalından sonrakı bir neçə ay müddətində Böyük Britaniya Zelenski üçün mühüm vasitəçilik rolunu oynayıb. Belə ki, vasitəçilik, çatdırılma xidməti və bu növ Ukraynaya dəstək cəhdləri Consonun Baş nazirliyi dövrünün mühüm hissəsini təşkil edir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə “Reuters”ə göndərdiyi şərhlərdə qeyd edib ki, Conson “Ukraynanın gerçək dostu”dur.

Saytların yığılması Saytlarin yigilmasi

Növbəti aylarda Böyük Britaniyanı idarə edəcək şəxsin necə bir  siyasət yürüdəcəyi ilə əlaqəli mühüm qərarlar verəcək. Belə ki, Zelenski ilə telefon danışığının şahidi olan köməkçinin dediyinə görə, Conson  Zelenskiyə hələ “bir neçə həftə” ərzində dəstək verməyi planlaşdırdığı söyləyib. Lakin rəsmi Moskvanın “xüsusi əməliyyat” adlandırdığı əməliyyatlarda davamlı mövqe qazandıqca, Britaniya rəsmiləri dəyişiklik nöqtəsində olacaq.

Bu son zəngə qədər, Conson Zelenski ilə müharibə başlayan müddətdən indiyədək 21 dəfə danışıb. Bu, orta hesabla hər altı gündə bir dəfə danışıq aparıldığı anlamına gəlir. Bu barədə məlumatı olan üç Britaniya rəsmisi “Reuters”ə deyib ki, danışıqlar adətən Zelenskinin onlara lazım olan silahların siyahısını oxuması ilə başlayırmış. Rəsmilərdən birinin sözlərinə görə, iki ölkə arasındakı danışıqlar başlanğıcda “bir çox əməliyyatın” həyata keçirilməsinə səbəb olub.

Ölkələr arasında imzalanan müqavilələrə misal olaraq, rəsmi London və Oslo arasındakı razılıqda deyilir ki,  Böyük Britaniya Ukraynaya çoxsaylı buraxılış raket sistemləri (MLRS) göndərməlidir və eyni zamanda Norveçdən oxşar köhnəlmiş avadanlıqlar alaraq onu müasirləşdirməlidir. 

Norveç hökuməti bu məlumatı təsdiqləyib. Keçdiyimiz may ayında Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Danimarkanın gəmi əleyhinə raketlərlə təchizatına kömək etdiyinə görə Britaniya hökumətinə təşəkkür edib. 

“Reuters” dövlətə məxsus TEREM silah şirkətinə məxsus sənədlərə əsasən xəbər verir ki, bu yaxınlarda Britaniya Bolqarıstandan Sovet istehsalı olan 27 ağır pulemyot verməsini tələb edib. TEREM-dən “Reuters”ə bildiriblər ki, razılaşma baş tutmayıb.

Britaniya Ukraynaya 2,3 milyard funt sterlinq (2,74 milyard dollar) dəyərində hərbi dəstək verməyi vəd edib. Bu isə ABŞ-dan sonra ikinci ən böyük dəstək hesab olunur. Böyük Britaniya Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bu rəsmi büdcəyə silahların alışı daxildir, lakin Britaniyanın təklif etdiyi maddi-texniki dəstək bu büdcəyə daxil deyil.

Rəsmilər həmçinin bildiriblər ki, bəzi hökumətlər Ukraynaya silah dəstəyi verilməsi əleyhinə siyasi qarşıdurma ilə üzləşdiyi, digərlərinin maddi-texniki yardıma ehtiyacı olduğu və bəzi hallarda köhnəlmiş sistemlərin Böyük Britaniya hökuməti tərəfindən yenidən bərpa edilməsinə kömək etdiyi üçün Böyük Britaniya ölkə olaraq bu rolu üstlənib.

Böyük Britaniyanın bu tənzimləmələrdən neçəsinə kömək etdiyini “Reuters” müəyyən edə bilməyib. Müdafiə Departamentindən verilən məlumata əsasən, hökumət rəsmiləri mütəmadi olaraq avadanlıq almaq üçün bütün dünya üzrə tərəfdaşlarla iş aparıb. Lakin departement bu barədə əlavə şərh verməkdən imtina edib.

“Reuters” xəbər agentliyinə verdiyi açıqlamada Pentaqonun sözçüsü polkovnik-leytenant Anton Semelrot qeyd edib: 

Mart 14, 2022, Kyiv: Ukraynanın Prezidenti Volodimir Zelenskiy (Mənbə: Global Look Press/Keystone Press Agency)

“Böyük Britaniya Ukraynaya dəstək verməkdə müttəfiqləri və tərəfdaşları arasında liderə çevrilib”.

Britaniya hökuməti Ukraynada baş verən müharibə ilə bağlı diplomatik işlərə daha çox daxil olsa da, rəsmi Kiyev Sovet dövründən qalma silah ehtiyatının tükəndiyini bildirib. Ukrayna hökuməti gündə təxminən 6 min artilleriya mərmisi atdığını bildirib.  Böyük Britaniyanın müdafiə qurumundan bir mənbənin verdiyi məlumata əsasən, Rusiya isə gündə 20 minə yaxın mərmi atıb. Mənbə eyni zamanda bildirib ki, Britaniyanın mövcud artilleriya ehtiyatı Rusiya ilə eyni temptdə istifadə edilərsə, bir neçə gün ərzində tükənəcək.

Analitiklərin qeydlərinə görə, Qərb ölkələri tezliklə strateji dönüş nöqtəsinə gələcək. Belə ki, Ukraynaya silah dəstəyini ikiqat artırmaq və ya müharibəni dayandırmaq üçün rəsmi Moskva ilə danışıqlar aparmağa sövq etmək barədə qərar verilməlidir.

Londonda yerləşən xarici siyasət üzrə analitik mərkəzin həmdirektoru Ceyms Rocers bildirib ki, Britaniya iqtisadi və yaşayış xərcləri böhranı ilə üzləşdiyi bir zamanda ictimaiyyəti bəlkə illərlə davam edəcək müharibədə Ukraynaya dəstək verməyə inandırmaq çətin ola bilər. 

Sorğuların nəticələri göstərir ki, xalq daha öncə İraqda, Əfqanıstanda baş verən müharibələr kimi bir sıra ölkə xaricində baş verən müharibələri dəstəkləyib, lakin sonradan bu müharibələrə görə məyus olub.

“Əlbəttə, hər dəfə vergi ödəyicisinin pulu xərcləndiyi zaman şübhəsiz bir gərginlik baş verir. Lakin hökumət xalqı inandırmağa çalışmalıdır ki, biz indi büdcəni Rusiyanın Ukraynada irəliləməsini dayandırmaq üçün xərcləyəcəyik, yoxsa başqa məqamlarda daha çox xərclə üzləşməli olacağıq”,- deyə Rocers qeyd edib.

“Ən gözəl vaxt”

Conson hökuməti istefa verməyə məcbur edilənədək son aylar ərzində ölkə daxilində təzyiq altında çalışsa da, ölkə xaricində cəsarətli davranıb. Conson, özünü müasir dövrün Uinston Çörçili kimi təqdim edib və may ayında Ukrayna parlamentindəki çıxışında Rusiyaya qarşı müharibənin Ukraynanın “ən yaxşı vaxtı” hesab olunduğunu qeyd edib. Xatırladaq ki, Conson bu çıxışında İkinci Dünya Müharibəsi sırasında nazilərin İngiltərəni işğal və məğlubiyyətlə hədələdiyi zaman Çörçilin verdiyi bəyanata istinad edib. 

Conson ötən ayın sonunda “Reuters” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, Sovet dövründən qalma artilleriyanın tükənməməsi üçün Ukraynanın daha çox Qərb silahı ilə təchiz edilməsini istəyir.

“Beləliklə, biz Ukraynanı materiallar, avadanlıq və kəşfiyyat xidməti ilə təmin edirik. Bu ölkəni gələcəkdə keçilməz etməsə belə, şübhəsiz ki, Rusiyanın hücum etmək istəmədiyi bir ölkəyə çevirmək üçündür”, – Conson Millətlər Birliyi sammitində iştirak etmək üçün Ruandaya səfəri zamanı bildirib.

Britaniya rəsmilərinin sözlərinə görə, rəsmi Londonun Ukraynaya silah göndərilməsindəki rolu praqmatik xarakter alıb.

Adının anonim saxlanılmasını istəyən bir Qərb rəsmisinin dediklərinə əsasən, Böyük Britaniya Rusiyanın Ukraynanı işğal təhlükəsini ilk dəfə ötən aprel ayında peyk görüntülərindən əldə edilən kəşfiyyat məlumatlarından anlayıb. Görüntülərdən məlum olub ki, Rusiya ordusu Ukrayna sərhədləri yaxınlığında öz yerini möhkəmləndirib.

28 yanvar 2022-ci il. Ukraynanın Lvov vilayəti yaxınlığında yerləşən Yavoriv rayonundakı Ukrayna Beynəlxalq Təhlükəsizlik Mərkəzində təlim zamanı ukrayna əsgəri Böyük Britaniyanın təchiz etdiyi Yeni Nəsil Yüngül Tank Əleyhinə Silahı (NLAW) tutub. Mənbə: Shutterstock – Serhii Ivashchuk

Rəsminin sözlərinə görə, bir neçə Britaniya rəsmisi ötən yay planlarına başlayıb. Britaniya hökumətinin məlumatına əsasən, Britaniya işğaldan həftələr öncə Ukraynanı Yeni Nəsil Yüngül Tank Əleyhinə Silahlar (NLAW Next Generation Light Anti-Tank Guns) ilə təchiz  etməyə başlayıb. Ukrayna rəsmiləri bildirib ki, bu raketlər Rusiyanın Ukraynaya ilk hücumlarını dəf etməkdə olduqca təsirli olub. Ölkənin Müdafiə Nazirliyi öz “Twitter hesabında “Təşəkkürlər Böyük Britaniya!” yazaraq Böyük Britaniyanın rolunu qeyd edib. “Twitter” postuna Uilyam Şekspir və Ceyms Bond fotoları da əlavə olunub.

Baş nazirə yaxın iki britaniyalı şəxsin sözlərinə görə, Britaniya hökuməti Ukraynaya göndərilən təchizatların koordinasiyası və daşınması ilə bağlı digər ölkələrə kömək etməyə başlayıb. Ötən aprel ayından etibarən isə 40-dan çox ölkədən ibarət koalisiya Almaniyanın Ştutqart şəhərində yerləşən ABŞ bazası vasitəsilə yardımı koordinasiya edib. Eyni zamanda Böyük Britaniya və ABŞ hökumət mənbələri bildirib ki, Zelenski ilə, eləcə də Ukrayna müdafiə və hərbi sahəsindəki rəsmilərlə dünya liderləri arasında hansı növ silahların lazım olduğuna dair çoxlu müzakirələr aparılıb. 

Britaniyanın Müdafiə Departamentindəki bir mənbənin bildirdiyinə görə, Conson Zelenski ilə telefon danışığında ona yönəldilən tələbləri qəbul etdikdən sonra, onlarla ölkədə, eləcə də coğrafi baxımdan Rusiyaya ən yaxın olan ölkələrdə silah axtarışı üçün  hərbi attaşelərini yollayıb.

Digər müdafiə sənayesindən olan bir şəxs isə əlavə edib ki, Britaniya hələ də Smerç sistemi üçün Sovet dövrünə məxsus 300 mm-lik raketləri, zenit raketlərini, Buk SA11 sistemi üçün raketləri və T72 tankları üçün ehtiyat hissələrini almaqdan ötrü Sovet dövründən qalma silahlardan istifadə edən ölkələrlə danışıqlar aparıb.

Rəqabət şiddətli olur. Məsələdən xəbəri olan üçüncü britaniyalı mənbənin verdiyi məlumata əsasən, ölkələri gəzən Britaniya hərbi attaşeləri bəzən rusiyalı həmkarlarının eyni məhsulları almaq cəhdləri ilə rastlaşıblar. Digər uzaq ölkələrlə silahların alınması ilə bağlı danışıqlar aparılıb.

Çexiyanın müdafiə sənayesindən yüksək rütbəli bir mənbənin dediyinə görə çexlər daşınması maddi cəhətdən çətin olan bir məhsul olduqda, Böyük Britaniya onlara kömək edib və ya əksinə Çexiya Britaniyaya bu barədə köməklik göstərib. Adının qeyd olunmasını istəməyən şəxs əlavə edib ki, “Birlikdə çox şey edirik”. Onlar təhvil verilən silahlarla bağlı detallı məlumat verməkdən imtina ediblər.

Bolqarıstan isə Ukraynaya birbaşa silah ixrac etmir, lakin oradan silah alan ölkələr arasında Britaniyanın olduğunu təsdiq edib.

Bolqarıstanın Baş naziri Kiril Petkov iyun ayında ölkənin Milli Radiosuna verdiyi açıqlamada belə deyib: 

“Bolqarıstanın kifayət qədər ciddi silah sənayesi var. Hazırda Polşa, Çexiya, Böyük Britaniya və digər Aİ ölkələrindən çox yaxşı qiymətə silah sifariş verən müştərilər var”.  

“Silah sənayesi hazırda yüksəlişdədir”,- deyə o əlavə edib. Lakin bu ixracatın bir hissəsinin nəticədə Ukraynaya yönəldilib-yönəldilmədiyini qeyd etməyib.

Boris Consonyuk

Consonun rolu onun və Böyük Britaniyanın ölkə xaricindəki şöhrətini artırdı. Ötən ay keçirilən qlobal sorğuya əsasən, Rusiyanın Ukraynaya müdaxiləsinə Böyük Britaniyanın verdiyi reaksiya aparıcı Qərb dövlətləri arasında ən yaxşısı seçilib. Münhen Təhlükəsizlik Konfransı üçün hər il keçirilən sorğuda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiyadan 7 minə yaxın insan iştirak edib.

Ukraynanın paytaxtı Kiyevdəki kafelərindən birində Britaniyanın Baş nazirin adının ukraynalaşdırılmış variantı olan Boris Consonyuk adlı alma deserti satılır. Ölkənin cənubunda yerləşən liman şəhəri Odessada isə bir küçə Böyük Britaniyanın Baş nazirinin adını daşıyır. Bundan əlavə, Consonun döyüşçü kimi Ukrayna bayrağının rənglərinə büründüyü portretləri Kiyevin mərkəzindəki muzeydə nümayiş etdirilir.

Britaniyanın təchizatlarının Conson və Zelenski arasında daha yaxın münasibətə səbəb olduğu bildirilib. Britaniyadan olan bir mənbənin dediyinə görə iki ölkə rəhbəri arasındakı danışıqlar əsasən silah alışı ilə bağlı olsa da, Conson və Zelenski danışarkən “NLAW” silahlarını zarafatla “aşiq” adlandırıblar və sözlərində “aşiq” olan mahnılar oxuyublar.

Britaniyalı mənbənin sözlərinə görə, onların son telefon danışığında tərcüməçi olmayıb, rəhbərlər ingiliscə danışıb.

Analitik Rocersin qeyd edib ki, “Açıq şəkildə Consonun bu toxunuşlarının təsiri olub”. Lakin o, Böyük Britaniyanın əsas yanaşmasının yeni liderin olacağı dövrdə belə dəyişməyəcəyini söyləyib: “Struktur yanaşmanın qarşısı alınacaq”.

Consonu kim əvəz edirsə etsin, onun növbəti böyük problemi Sovet dövründən qalma avadanlıq almaqdan yeni səviyyəyə keçmək, Ukraynanı daha çox Qərb silahları ilə təmin etmək və qüvvələrini onlardan istifadə etməyə öyrətmək olacaq.

“Böyük Britaniya və Qərb Ukraynaya dəstəyini davam etdirmək istəyirlərsə, biz hərbi istehsal rejiminə keçməli olacağıq”, – Müdafiə Departamentindəki mənbələrdən biri qeyd edib.

Britaniyanın xarici işlər naziri Liz Trus isə iyunun 28-də verdiyi açıqlamada söyləyib ki, Qərb silah satışını ikiqatına çıxarmalıdır. O, parlament komitəsində bildirib ki, Britaniya silahları daha tez çatdırmağa başlamalıdır, çünki onlardan istifadə edilmədən öncə bunun üçün aylarla təlim keçmək lazımdır.

“İndi edə biləcəyimiz ən yaxşı şey, daha sürətli şəkildə daha çox silah əldə etmək, daha yüksək spesifikalı silahlar əldə etmək və müttəfiqlərimizi də eyni şeyi etməyə yönləndirməkdir. İstehsal gücümüzü artırmalıyıq” deyə xanım Liz əlavə edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button