Bizim tərcümə

Böyük Britaniyada qan xəbərdarlığı: Təcili olmayan əməliyyatlar ləğv edilə bilər

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-12 22:17:26

İngiltərədə qan ehtiyatları son dövrlərin ən aşağı səviyyəsinə çatıb. Milli Səhiyyə Xidməti Qan və Transfüzyon Agentliyi (NHSBT) qan ehtiyatlarının azalması səbəbindən ölkədə ilk dəfə olaraq “kəhrəba” xəbərdarlığı edib. Qan ehtiyatları bu qədər azaldıqdan sonra xəstəxanada təcili olmayan bəzi əməliyyatların ləğv oluna biləcəyi bildirilib. NHSBT-dən Wendy Clark, “Xəstəxanalardan qan istifadələrini məhdudlaşdırmağı xahiş etmək bizim yüngül atdığımız addım deyil. Bu, daha çox qana ehtiyacı olan xəstələri qorumaq üçün həyati bir tədbirdir” dedi.

4 HƏFTƏYƏ XƏBƏRDARLIQ

Saytların yığılması Saytlarin yigilmasi

Ölkədə ilk dəfə edilən kəhrəba xəbərdarlığının qan ehtiyatlarının kafi səviyyəyə çatması üçün 4 həftə çəkəcəyi bildirilib. NHSBT həmçinin xəstəxanalarda xərçəng, travma əməliyyatı və orqan transplantasiyası kimi təcili əməliyyatların aparılacağını bildirib. Digər tərəfdən ən çox ehtiyac duyulan qan qrupunun 0 olduğu öyrənildi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button