Bizim tərcümə

Böyük Britaniyanın maliyyə naziri Kvasi Kvartenq istefaya göndərilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-14 17:36:50

Böyük Britaniyanın maliyyə naziri Kvasi Kvartenqin səlahiyyət müddəti cəmi 38 gün davam edib. Kvartenq istefaya göndərildi və bu, onu Britaniya tarixində ən qısa müddətli ikinci maliyyə naziri etdi.

İngiltərə Baş naziri Trussun bu gün mövzu ilə bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Daha əvvəl baş nazirlikdəki mənbə BBC-yə bildirib ki, Truss Kvartenqin “əla iş” etdiyini düşünür.

Böyük Britaniyanın maliyyə naziri vəzifəsindən uzaqlaşdırılan Kvasi Kvartenqin yerinə Ceremi Hant təyin edilib.

1970-ci ildə Böyük Britaniyanın maliyyə naziri Iain Macleod vəzifəyə gəldikdən 30 gün sonra infarktdan öldü.

Böyük Britaniyanın maliyyə naziri 2019-cu ildən bəri dörd dəfə dəyişib.

Kvartenqdən əvvəl maliyyə nazirlərindən biri olan Nadim Zahavi 62 gün, Sacid Cavid isə 204 gün vəzifədə olub.

Rişi Sunak isə istefa verdikdən sonra hakim Mühafizəkarlar Partiyasının lideri olub və partiyanın deputatlarından ən çox dəstək alan şəxs olsa da, partiya üzvləri bu vəzifəyə Liz Trussu seçiblər.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button