2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏXəbərlər

“Böyük Ermənistan” Mikayıl Cabbarovu bitirə bilərmi?

Bir neçə gündür ki, Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün X sinif “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı yaranmış qalmaqal hən Azərbaycanda, həm də Ermənistanda gündəmin əsas mövzusudur.

Məlumat üçün deyək ki, qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub.

Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki qüsur baş verib. Aşkarlanmış səhv dərsliyi çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılandan sonra onu yenidən nəşr edərək, məktəb kitabxanalarına təhvil verib.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin bununla belə, qalmaqal səngimir, əksinə, günü-gündən böyüməkdə davam edir. Bu isə müxtəlif mülahizələrə səbəb olub.

Bəzi ehtimallara görə, bu məsələ Mikayıl Cabbarovun təhsil naziri kimi fəaliyyətindən narazı olanlar üçün əlavə arqumentə çevrilib.

Mikayıl Cabbarov ictimaiyyətə gənc kadr kimi təqdim edilərək təhsil naziri təyin olunanda belə gözləntilər var idi ki, təhsil sahəsində ciddi irəliləyiş baş verəcək. Lakin bunun əksi baş verdi. Mikayıl Cabbarovun nazir kimi fəaliyyətindən bir neçə ay keçdikdən sonra onun heç də Misir Mərdanovdan geri qalmayacağı qənaəti yarandı. Yəni, Mikayıl Cabbarovu təhsil naziri kimi fəaliyyətindən narazı olanlar müəyyən mənada haqlıdırlar.

“Böyük Ermənistan” qalmaqalı isə Mikayıl Cabbarovun yarıtmaz fəalliyətinin pik nöqtəsi hesab edilir. Bu baxımdan onun istefası gündəmə gətirilib. Hətta hakimiyyət nəzarətində olan media orqanları belə, bu mövzunu geninə-boluna işləməkdi sərbəst görünür. Və təbii ki, materiallarda məsuliyyət haqlı olaraq Təhsil Nazirliyinin üzərinə qoyulur. Mikayıl Cabbarovun “vurulması”na cəhdlər aydın şəkildə sezilir. Lakin hələ ki, təhsil naziri tutduğu vəzifədən azad edilməyib. Ekspertlər hesab edir ki, baş verənlərə baxmayaraq Mikayıl Cabbarovun işdən çıxarılacağı inandırıcı görünmür. “Təhsil sahəsində bundan da biabırçı hallar var. Məsələn, yüzlərlə şagirdin oxuyub-yaza bilmədiyinə dair faktlar mövcuddur. Özü də bu faktları Dövlət İmtahan Mərkəzi (Həmin vaxt Tələbə Qəbulu üzrə Dövlət Komissiyası adlanırdı) açıqlayıb. Hətta bu açıqlamaya görə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında bir müddət söz atışması da baş verib” deyən ekspertlər hesab edir ki, bu qalmaqal da tədricən səngiyəcək və unudulacaq.

Ekspertlər həmçinin hesab edir ki, Mikayıl Cabbarovun işdən çıxarılması hakimiyyətdaxili ziddiyətləri körükləyə bilər. “Ona görə də bu məsələdə hakimiyyətin zirvəsi özünü soyuqqanlı aparır”,- deyə ekspertlər əlavə edib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button