2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Böyük müharibənin iki-üç addımlığında…

“Heç bir şişirtməyə yol vermədən demək mümkündür ki, Azərbaycan və Ermənistan bütün region üçün dağıdıcı ola biləcək Bosniya stilində müharibənin cəmi iki-üç addımlığındadır”.

24saat.org  xəbər verir ki, bu fikirlər Avropa Karnegi Mərkəzinin (Brüssel) baş elmi əməkdaşı, Qarabağ üzrə nüfuzlu ekspert Tomas de Vallın “Politico”da dərc edilmiş məqaləsindəndir.

Müəllif yazır ki, aprelin əvvəllərindəki dörd günlük müharibə çoxdankı hiddəti alovlandırıb və hər iki tərəfdən “müdafiəsizlik hisslərini” kəskinləşdirib. “Azərbaycanlılar hələ 20 ildən çox əvvəl məruz qaldıqlarının hissləri altında yaşayır. Bütün ölkə boyu vətənpərvərlik hisslərinin yüksəlişi başlayıb, əhalinin diqqəti bütün qalan problemlərdən yayınıb. İctimai təzyiq altında yenidən belə zərbə endirmək hisslərinin artması xüsusilə həyacanlıdır”-Tomas de Vall yazır.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspert Ermənistanda da millətçilik hisslərinin yüksəldiyini qeyd edir. “Qəfildən müharibəyə yaxalanan ölkə bir neçə ayıldıcı gün yaşadı. Gənc ermənilər könüllü şəkildə cəbhəyə yollandı”-məqalədə deyilir.

Tomas de Vall hesab edir ki, hər iki tərəfdə iri silah arsenalının mövcud olduğu bir vaxtda hərbi əməliyyatlar asanlıqla 90-cı illərin əvvəllərindəki müharibədən daha dağıdıcı və daha irimiqyaslı münaqişəyə keçə biər. “Bakı və İrəvan Türkiyə və Rusiya ilə müttəfiqlik müqavilələlərini xatırlada bilər. Bu ölkələrin heç biri işə qarışmaq istəmir, ancaq regiondakı öhdəliklərinin yerinə yetirilməsi onlar üçün qaçılmaz zərurətə çevrilə bilər”-məqalədə deyilir.

Müəllif qeyd edir ki, yaranmış vəziyyətdən digər qonşular da narahatlıq keçirir. Xüsusən Gürcüstan. Azərbaycanlılar və ermənilər Gürcüstanda iki iri etnik azlıqdır. “Qarabağ ətrafında müdafiəsiz zona meydana çıxıb. Bu vakuumu ancaq ciddi sülh danışıqları, ya yeni döyüşlər doldura bilər”-müəllif yazır.

Tomas de Vallın fikrincə əgər vəziyyət pisləşərsə Rusiyanın bunun öhdəsindən gələcəyi haqda fikirlər də yanlışdır. O, müharibənin ABŞ və Fransaya da çağırış olacağını yazır. Ekspertə görə bu ölkələr münaqişənin həlli üçün az iş görürlər. “Əgər indi irəliləyiş əldə edilməsə hərbi əməliyyatların Bakıda keçiriləcək “Formula 1” yarışlarının ardınca başlaması ehtimalı yüksəkdir. İndi ancaq ona ümid etmək qalır ki, Qafqazda daha şiddətli döyüşlərin başlaması perspektivi uzun müddətdir bu münaqişəyə məhəl qoymayanları onun nizamlanması üzərində diqqəti cəmləməyə məcbur edəcək”-ekspert yazır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button