2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Böyük yeddilik” Rusiya ilə bağlı hansı qərarı verdi?

G7-нин (“Böyük yeddilik”) İtaliyada keçirilən görüşündə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı razılığa gəlinməyib.

Bu barədə Fransa xariсi işlər naziri Jan-Mark Ero açıqlama verib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir bildirib ki, Suriyada kimyəvi silahdan istifadəyə görə Rusiyaya qarşı sanksiyanın tətbiqi yalnız məsələ ilə bağlı hərtərəfli araşdırma aparılandan sonra mümkün ola bilər.

XİN rəhbərləri bir məsələdə razılığa gəliblər ki, Bəşər Əsəd hakimiyyətdə qaldıqca Suriya münaqişəsi həllini tapmayacaq.

Xatırladaq ki, Britaniya baş naziri Boris Conson kimyəvi silah qalmaqalına görə G7 ölkələrinin birgə bəyanat qəbul etməsi ilə bağlı məsələ qaldırmışdı.

Bəyanatda Rusiya hökumətindən Əsəd rejiminə dəstəyi dayandırmaq və qoşunlarını Suriyadan çıxartmaq tələb olunmalı idi.

Bu tələbə məhəl qoymayacağı təqdirdə isə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə qərar verilməliydi.
Qeyd edək ki, İtaliya G7-nin Suriya məsələsi ilə bağlı geniştərkibli görüşünü çağırıb.

Görüşdə böyük yeddilik ölkələri (ABŞ, Kanada, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya) ilə yanaşı, Yaxın Şərq ölkələrinin nazirləri də iştirak edib.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button