2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bozdağ Gülənin qaytarılması məsələsi üçün ABŞ-a gedib

Türkiyənin Ədalət naziri Bəkir Bozdağ  Fətullah Gülənin qaytarılması və müvəqqəti həbs olunmasını müzakirə etmək üçün xüsusi təyyarə ilə ABŞ-a gedib. Bozdağ sabah ABŞ-ın Ədliyyə naziri Jeff Sessionsla görüşəcək.

Mediada yer alan xəbərlərə görə görüşdə FETO-nun rəhbəri Gülənin qaytarılmasına dair ABŞ-a göndərilən dörd ayrı qovluq haqqında söhbət aparılacaq. Bununla, nazir Bozdağ 15 iyul çevriliş cəhdinin arxasında Gülənin olduğuna dair yeni dəlilləri də təqdim edəcək. Bozdağın  həmkarına Türkiyə və ABŞ arasındakı ekstradisiya ilə bağlı müqaviləni xatırladaraq, Gülənin müvəqqəti həbsinin  zəruri olduğunu vurğuladığı öyrənildi.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir sonunda Gülənin ölkəyə gətiriləcəyinə nail olacaqlarına əminliyini bildirib: “Bu qovluqların üzərində çalışan bəzi prokurorlar da məni müşayiət edəcəklər. Orada texniki danışıqlar də keçiriləcək. Həmişə məsələni oradan- buradan yayındırmağa, başqa nöqtəyə çəkməyə başlayırlar. İstədikləri qədər yayındırsınlar. Türkiyənin bu mübarizəsi davam edəcək. Bu təşkilatın gerçək üzünü hər kəs görəcək.”

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button