2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“BP Azərbaycan” işçilər axtarır – VAKANSİYA

24saat.oeg saytı fins.az -a istinadən xəbər verir ki, “BP Azərbaycan” nəzarət-ölçü cihazları üzrə, mexanika, halisat və elektrik üzrə texnik vəzifəsinə işçi qəbulu elan edib.

Nəzarət-ölcü cihazları üzrə texniklər

Avtomatlaşdırma, radiotexnika, metroloqiya, ölçmə cihazları, aviasiyaya texniki xidmət sahələri ilə bağlı texniki və ya ali təhsil.
Səviyyənin, axının, temperaturun, təzyiqin, vibrasiyanın ölçülməsi üçün avadanlıq və cihazların və başqa sayğacların təmiri və onlara texniki xidmət göstərilməsi sahəsində uygun iş təcrubəsi

Saytların yığılması Saytlarin yigilmasi

Mexanika üzrə texniklər

Neft mexanikası,texnoloji maşınlar və avadanlıqlar, maşın detalları və mexanikası,nəzəri mexanika,mexanika sahəsinə uyğun texniki və ya ali təhsil.

Mexanika avadanlıqlarının təmiri və onlara texniki xidmət göstərilməsi sahəsində uygun iş təcrubəsi

Elektrik üzrə texniklər

Energetika, enerji istehsalı, elektrik enerjisi, elektronika, elektrik naqillərinin çəkilməsi, elektrik mühərrikləri, aviasiyada elektrik avadanlıqları, gəmidə elektrik avadanlıqları, dəmiryol və metroda elektrik avadanlıqları, elektrik mühafizə sistemləri, elektrik generatorları və transformatorlar ilə bağlı sahələrdə texniki və ya ali təhsil.
Aşağı və yüksək gərginlikli elektrotexnik sahələrdə ən azı bir il iş təcrübəsi. İşıqlanma, rozetkalar, elektrik açarları, mühərriklər, mühərriklərin mərkəzi idarəetmə sistemləri, transformatorlar, generatorlar, elektrotexinki muhavizə sistemləri, həm aşağı, həm də yüksək gərginlikli paylayıcı şəbəkələr, akkumlyatorlar və kəsilməyən cərəyan mənbələri üzrə uygun iş təcrubəsi

Hasilat üzrə texniklər

Neft və qazın kəşfiyyatı, hasilatı və emalı, kimyəvi maddə, metal, polad və qida sənayelərində istehsal prosesləri, neft və neft məhsulları ilə əlaqədar fizika, kimya, neft və qazçıxarma sistemləri və prosesləri ilə bağlı dağ-mədən və geologiya, o cümlədən qazma əməliyyatları ilə bağlı sahələrdə texniki peşə və ya ali təhsil

Hasilat, istehsal prosesləri, proseslərə nəzarət və ya neft nə qaz sənayesində karbohidrogenlərin boru kəməri vasitəsilə otürülməsi, kimya, metal, qida sənayelərində istehsal prosesləri, fizika, kimya, neft və qazçıxarma sistemləri və prosesləri ilə bağlı dağ-mədən və geologiya, o cümlədən qazma əməliyyatları ilə bağlı sahələrdə uygun iş təcrubəsi

Baza təlim proqramını müvəffəqiyyətlə bitirdikdən sonra sizdən BP-nin quruda və ya dənizdəki əməliyyat sahələrində texnik vəzifəsində ən azı 5-8 il işləmək tələb olunur. İş şəraiti əl əməyi, hündürlükdə, kritik təhlükəsizlik şəraitində, uzaq dəniz sahələrində və fövqəladə hallara cavab tədbirləri sahəsində işləməyi nəzərdə tutur.

ƏRİZƏNİ NECƏ VERMƏLİ?

Bu il üçün Texniklərin İşə Qəbul Proqramına ərizələrin qəbulu bitmişdir. Ən son məlumatlardan xəbərdar olmaq üçün, lütfən bu səhifəni mütəmadi olaraq yoxlayın.

Əgər siz bu proqram çərçivəsində son altı ay ərzində test və ya müsahibə mərhələsində iştirak etmisinizsə, o zaman proqrama yenidən müraciət etməyinizə ehtiyac yoxdur. Neft-qaz sənayesində təcrübəsi və ya ingilis dili qabiliyyəti olan namizədlərə üstünlük veriləcək.
Namizədlər bu likndən müraciət edə bilərlər: http://www.bp.com/content/dam/bp-country/az_az/PDFs/forcareer/Technicians_recruitment_application_guidance_aze.pdf

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button