2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

BP-yə yeni azərbaycanlı vitse-prezident təyin olunur

Hazırda BP-nin Səngəçal Terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse prezidenti təyin olunur.

“BP Azərbaycan” şirkətindən virtualaz.org-a verilən məlumata görə, bu yeni vəzifədə Zaur Paşayev BP-nin Qlobal Əməliyyatlar Təşkilatının (apstrim üzrə), həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı (midstrim) əməliyyatların təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bu vəzifədə Z.Paşayev BP-nin digər bir regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.

BP-də çalışdığı 18 il ərzində Zaur Paşayev dənizdə və qurudakı əməliyyatlar sahəsində dərin təcrübə qazanıb. Səngəçal terminalının meneceri vəzifəsindən əvvəl o, dənizdə Şahdəniz və Çıraq platformalarının meneceri, ondan əvvəl isə ixrac boru kəmərləri üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.

Z,Paşayev Azərbaycan Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirib və onun mexanika mühəndisliyi sahəsində bakalavr dərəcəsi var.

2011-ci ildə Zaur Paşayev ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunda BP-nin Əməliyyatlar Akademiyasını bitirib.

2011-ci ildə Z,Paşayev Azərbaycanda neft və qaz sənayesinin inkişafına töhfəsinə görə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

Evlidir, üç övladı var.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button