2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Brandenburq darvazalarında islam bayrağı necə asılacaq? – Təhlil

vesparevenge.ru

Adı maraq oyadan “Almaniya – özünü ləğvetmə” kitabı AFR-də milli bestsellerə dönüb və miyonlarla tirajla satılır. Almanlar Avropanın sürətli qürubu haqda öncədeyimi oxuyurlar.

Hesab olunur ki, AFR iqtisadiyyatı təqlid üçün örnəkdir. Buna baxmayaraq: AB-nin dayağı və ümidi, maliyyə təməli, dünyanın dördüncü ən varlı ölkəsidir. Lakin Almaniyada hər şey yaxşıdırsa, hər il 140-160 min alman niyə ölkəni tərk edir? Özü də əsasən gənclər və yaxud yüksək səviyyəli mütəxəssis texnarlar. Güclü şəkildə beyin axını gedir.

Saytların yığılması Saytlarin yigilmasi

İkinci sual: bu proqnozlar düzgündürmü ki, AFR əsrin ortalarına doğru köklü əhalinin dörddə birini itirəcək? Bununla yanaşı, Almaniyanın hər ikinci sakini müsəlman ailələrində doğulacaq.

Bestsellerin müəllifi Tilo Sarratsin bundan baş çıxarmaq qərarına gəlib. Onun əmək bioqrafiyası maraqlı təəssürat doğurur: Almaniya Maliyyə Nazirliyində çalışıb, sonra Bundesbankın (Rusiya Mərkəzi bankının analoqu) direktorlar şurasının üzvü olub. Düzdür, qalmaqallı kitab çıxandan sonra bütün yerlərdən məhrum olub. Onun kitabı isteblişmenti nə ilə bu cür qorxudub?

Çixış nöqtəsi: alman iqtisadiyyatında işlər son zamanlar dağdan aşağı diyirlənir. ÜDM artımı çoxdan Almaniya üçün qızılı 1950-1960-cı illərdəki kimi deyil. Almanlar o zaman iqtisadi möcüzə yaratdılar: illik sənaye istehsalı artımı 25%-ə çatdı, işsizlik səviyyəsi 10%-dən 1,2%-dək azaldı. İndi zaman o zaman deyil: Almaniya ÜDM-i 1992-ci ildə 7,3%, 1995-ci ildə 3,8%, 2001-ci ildə 2,5%, 2002-ci ildə 1,4% (inflyasiya səviyyəsindən aşağıdır) yüksəlib. 2009-cu ildə 5,1% azalıb (yalnız II dünya savaşı dövründə bundan pis idi).

22 il qabaq Almaniya birləşərkən xalqa görünməmiş tərəqqi vəd etdilər. Əslində, yalnız iki onillikdən sonra əhalinin orta real gəliri AFR-də 1990-cı ildəki ilə müqayisə olunacaq səviyyəyə çatdı. Hətta dövlət büdcəsindən şərqdəki ərazilərə nəhəng süzmələr də kömək etmədi. Onlar 1989-cu ildən hər il indiki 100 milyon dolların ekvivalentini alıblar. Pisi başqasıdır: indiki tendensiyalarla ölkə bir neçə ildən sonra yoxsullaşmağa başlayacaq. Yeri gəlmişkən, artıq 2008-ci il böhranından qabaq AFR-də işsizliyin səviyyəsi 12%- keçib. Bu cür göstərici 1930-cu illərin başlanğıcında – Hitlerin hakimiyyətə gəlişindən öncə olub.

Almanlar niyə ilişiblər?

Birincisi, getdikcə daha az işləyirlər. Avropalılar 50 il əvvəl öküz kimi şum edirdilər. Saatlarla hesablansa, işçi orta hesabla ABŞ-dakından 20% çox işləyirdi. Hazırda 30% azdır. Almaniya dövlət qulluqçularının iş gününü beş saat və həftədə dörd günlə məhdudlaşdıran qanunları ilə hətta AB fonunda da zəhmətsiz cənnətdir. Demək olar, sosializmin bərqərar olduğu qonşu İsveçdə 35% çox çalışırlar.

İkincisi, kitab müəllifinin ifadə etdiyi kimi, “millət sarsaqlaşır”. Təhsilin keyfiyyətinin azalması da buna aiddir. Bütün dünyadan Almaniyaya təhsilə gəldikləri zaman arxada qalıb. Ölkənin ən yaxşı ali məktəbi – Münhen Texniki universiteti təhsil müəssisələrinin dünya reytinqində 55-ci yeri tutur. Hətta Çin ali məktəbləri ilk otuzluğa düşüb.

Başqa səbəb – qadınların çarşaba büründüyü ölkələrdən mühacirlər getdikcə daha da çoxalır. Bu, ümumi intellektual səviyyəni güclü şəkildə zəiflədir. Bu da rəqəmlər: almanların 20%-i ali, 68%- orta ixtisas təhsili alıb. Almaniyada yaşayan keçmiş Türkiyə vətəndaşları içində göstəricilər 2% və 44%-dir. Yarıdan çoxu ancaq ibtidai məktəbi bitirib.

Üçüncü səbəb də mühacirlərlə bağlıdır. Qalmaqalı da bu nöqtə doğurub. Sarratsinin fikrincə, ölkənin özülünə “islam demoqrafik bombası” qoyulub. Varlı ölkələrin çoxundakı kimi, Almaniyada da doğuş azalır. 1960-cı illərdə ölkədə hər il 1,3 milyon uşaq dünyaya gəlirdi, indi 650 mindir. Lakin azalma əhalinin bütün qruplarında getmir. 1960-cı illərdə Almaniyada ucuz fəhlə əli çatışmırdı. Resursu qonşu Türkiyədən götürdülər. Bu ölkənin ümumilikdə 750 min sakinini qara, aşağı ödənişli maaşla istehsalata dəvət etdilər. Son nəticədə bunun köməyi olmadı – 1990-cı illərə doğru ağır sənaye müəssisələrinin çoxu bağlandı. Amma keçmiş fəhələr qaldı, onilliklər ərzində vətəndən qohumlarını və gəlinlər gətirdilər. Yekunda türk diasporası 2012-ci ilə yaxın 3 milyona qədər çoxaldı. Bu milyonların əksər təmsilçiləri daş kimi dövlətin boynundan asıldılar. Budur, statistika: işləyən 100 yerli almanа 10 nəfər müavinət alan düşür. İslam ölkələrindən 100 mühacirə 43 adam düşür. Əksəriyyəti peşəkar müavinət alandır, işləməyiblər və işləməyə hazırlaşmırlar. Ailədə uşaq çox olduqca müavinətin həcmi çoxalır. Bu səbəbdən də doğuş ölkədəki orta səviyyədən yuxarıdır.

Misal – Köln yaxınlığındakı kiçik qəsəbə. 30 il qabaq burada Türkiyədən iki mühacir məskunlaşıb. Hazırda orada 300 mühacir var – qəsəbə sakinlərindən də çox. Gəlinlərin hamısı Türkiyədən gətirilib, heç biri almanca danışmır, kişilərin 70%-i işləmir, ailələr müavinət alır. Kitab müəllifinin fikrincə, bu – Almaniyanın gələcəyidir. Geniş mənada Köhnə Dünyanın əksər ölkələrinin. Daha 30-50 il və AB-nin indiki ərazisi kəskin şəkildə kasıblamış, müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkələri təmsil edəcək. Bəs nədir? Belçika islam dairələrinin təmsilçisi Əbu İmran bildirib axı: “Belçikanı islam dövlətinə çevirmək lazımdır. Bizdə sizin xəlifəniz ola biləcək xeyli hakim, müəllim və liderlər tapılar”.

Elə Almaniyada da sələfilərin kütləvi aksiyaları müntəzəm şəkildə keçirilir. Arayış üçün: bu təməlçi islam cərəyanını RF-də tez-tez vəhhabilik adlandırırlar.

Ümumiyyətlə, qaranlıq gələcək haqda qorxunc yuxu görüntüyə çıxıb. AB-də işsizliyin üzdüyü xalq kütlələrində kitabın niyə hiss olunacaq maraq doğurduğu və hökumət xadimlərinin qınağı başadüşüləndir. Əlbəttə, müəllifə Breyviki onun “Avropanın müstəqillik bəyannaməsi” ilə və “İngiltərə müdafiə liqası” və “Avropanın islamlaşdırılmasını durduraq” kimi radikal hərəkatları xatırladıblar.

Lakin Avropanın daxili işlərindən aralansaq, RF üçün hansı faydalı təcrübəni əxz etmək olar? Hər şeydən əvvəl, bizi aşkarca Almaniya ssenarisi təhdid etmir. Oxşar problemlər qazanmaq üçün həmin firavanlıq səviyyəsinə yüksəlmək lazımdır. Hökumət müavinətin fiksiya kimi qalması və onu getdikcə daha çətinliklə almaq üçün hələlik əlindən gələni edir.

Digər tərəfdən, almanlar türk fəhlələrin kütləvi idxalına başlayanda onların adambaşına ÜDM-i hazırda RF-də olduğundan hətta aşağı idi. Yəni biz inkişafın həmin nöqtəsindəyik və bənzər tarixi seçim qarşısında durmuşuq. Bu, hiss olunandır: hökumət əmək mühacirləri üçün qapıları geniş açmaq ideyasına daha tez-tez qayıdır. İqtisadi inkişaf nazirliyinin proqramlarında əsas əmək damarı kimi Orta Asiyanın keçmiş sovet respublikalarının adı çəkilir. Əmək mühacirəti özlüyündə iqtisadiyyat üçün nemətdir – xüsusən də ixtisaslaşmış, yaxşı təhsil almış mütəxəssislər dəvət olunursa. Lakin Almaniya təcrübəsinin göstərdiyi kimi, mühacirlərin hamısı faydalı olmur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button