“Bravo” da atışma olub, ölən var

Yayımlandı: 4 Mart 2023 13:04
Terminaldan pul götürən inkasatorun güllələndiyi bildirilir
Bakının Xətai rayonu ərazisində yerləşən “Bravo” Hipermarketində atışma olub. Şahidlərin Meydan TV-yə verdiyi məlumata görə, hadisə hipermarketin girişində qoyulmuş “Unibank” terminalının önündə baş verib. Terminaldakı pulları götürən inkasatorlara qəfil hücum olduğu bildirilir. İlkin məlumata görə, iki nəfər güllələnib. Bank inkasatorunun öldüyü, digər şəxsin isə xəstəxanaya aparıldığı bildirilir.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
İş günü olmadığından adıçəkilən bankla əlaqə saxlamaq mümkün olmayıb.