2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Bravo”ya “Audi-Q3”lə girən xanım sürücü kimdir?

Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub. “24 saat” xəbər verir ki, (baku.ws – əsas mənbə) ötən gün “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən “Audi-Q3”ün sürücüsü xanım olub. Həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır. Sayt hadisə ilə bağlı Azərbaycan Gimnastika Federasiyası ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Bikə Abdullayeva bildirib ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb. “Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, – deyə Bikə Abdullayeva bildirib.

Qeyd edək ki, ötən gün “Audi-Q3” markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.

Mariana Toteva Bravo market qəza

Saytların yığılması Saytlarin yigilmasi

Mariana Toteva Vasileva

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button