2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Bravo”ya silahlı hücuma görə üç nəfər həbs olunub, biri öldürülüb

Yayımlandı: 9 Mart 2023 10:49

Həbs olunanların kimliyi açıqlanıb

Martın 4-də Xətai rayonu ərazisindəki “Bravo” hipermarketinin girişində inkassatora silahlı hücumla əlaqədar üç nəfər həbs olunub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Hüquq-mühafizə orqanları həbs olunan üç nəfərin kimliyini də açıqlayıb. Bunlar Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovdur.

Saytların yığılması Saytlarin yigilmasi

Həbs olunanlardan Dəyanət Qüdrətova 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), həmçinin əlavə olaraq, bu cinayətlərə cəhd maddələrilə ittihamlar irəli sürülüb. Çünki silahlı hücum nəticəsində bir nəfər – Rüfət Həşimov qətlə yetirilib, daha biri – Samir Şeydayev isə yaralanıb.

Digər iki nəfərə isə cinayətlərdə iştirakçılıqla bağlı ittihamlar irəli sürülüb.

Həbs olunan şəxslərin, onların yaxınları və ya vəkillərinin ittihamlara münasibətləri, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Bu cinayətdə təqsirləndirilən daha bir nəfər – Ruhlan İsmayılov isə elə hadisə günü axşam saat 21 radələrində Fəvvarələr meydanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Baş Prokurorluq və DİN-in məlumatında iddia olunur ki, Ruhlan İsmayılov onun yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

“Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 dollar pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb”, – rəsmi məlumatda belə yazılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button