Braziliyada daşqın və torpaq sürüşməsi 55 nəfərin həyatına son qoyub
class=”mediyanet-inline-adv”>
Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində bir neçə gündür davam edən leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Braziliya mediası sel nəticəsində 55 nəfərin öldüyünü, 76 nəfərin itkin düşdüyünü, 107 nəfərin isə yaralandığını açıqlayıb.
Braziliya Mülki Müdafiəsi tərəfindən edilən açıqlamada, əyalət daxilində 13 min 300 adamın sığınacaqlara aparıldığı, 69 min 200 adamın isə evsiz qaldığı bildirilib. Daşqın və sürüşmələrin 510 mindən çox insanın həyatına mənfi təsir göstərdiyi təxmin edilir.
Braziliya Müdafiə Nazirliyi 7 mindən çox quru vasitəsi, 2 min 340 qayıq və 402 təyyarənin əyalət daxilində axtarış-xilasetmə işlərində mülki əhaliyə dəstək verdiyini açıqlayıb. Ordunun yaydığı görüntülərdə evlərinin damında qalan ailələrin və uşaqların vertolyotla xilas edildiyi anlar əks olunub.
2024-05-05 13:14:55
Tərcümə“24 SAAT”