2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Braziliyada Peleyə görə 3 gün matəm elan olundu

Yayımlandı: 30 Dekabr 2022 13:26

Prezident Jair Bolsonaro bu haqda sərəncam imzalayıb

Braziliyada keçmiş futbolçu Pelenin (Edson Arantes do Nasimento) vəfatı ilə əlaqədar üç günlük matəm elan edildiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

TASS Agentliyi hökumətin “Diário Oficial da União” qəzetinə istinadən yazır ki, Braziliyanın hazırkı Prezidenti, səlahiyyət müddəti 2023-cü il yanvarın 1-də başa çatacaq Jair Bolsonaro bu haqda sərəncam imzalayıb.

“Keçmiş futbolçu Pele Edson Arantes do Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən üç günlük rəsmi ümummilli matəm elan edilsin”, – sərəncamın mətnində deyilir.

Pele dekabrın 29-da vəfat edib.

82 yaşlı veteran futbolçu 2022-ci ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib.

Pele tarixdə yeganə oyunçudur ki, futbolçu kimi üç dəfə (1958, 1962 və 1970-ci illərdə) Dünya Kubokunu qazanıb.

Karyerası ərzində 1279 qolla “Ginnessin rekordlar kitabı”na düşüb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button