Bizim tərcüməDünya

Braziliyanın keçmiş prezidenti Bolsonaro xəstəxanaya yerləşdirilib

Ötən il oktyabrın 30-da Braziliyada keçirilən prezident seçkilərində uduzaraq dekabr ayında ABŞ-a gələn keçmiş prezident Jair Bolsonaronun qarın ağrısı səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilib.

ABŞ mətbuatında çıxan xəbərlərdə onun Florida ştatının Orlando şəhərindəki AdventHealth Celebration Xəstəxanasına aparıldığı, Bolsonaronun səhhəti ilə bağlı hələlik heç bir açıqlama verilmədiyi bildirilib.

Bolsonaro daha əvvəl 2018-ci ilin sentyabrında Braziliyanın Minas Gerais əyalətində keçirilən mitinq zamanı bıçaqlandığı üçün “qarın ağrısı” ilə xəstəxanaya yerləşdirilmişdi.

Bolsonaro ABŞ-a Braziliya prezidenti Luis İnasio Lula da Silva yanvarın 1-də vəzifəyə başlamazdan əvvəl gəlmişdi. (İHA)

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button