2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Britaniya 100 milyard avro “ayrılma hesabını ödəməyəcək”

Birləşmiş Krallıq Aİ-dən çıxmaq üçün 100 milyard avro dəyərində “ayrılma hesabını” ödəməyəcək, Britaniyanın Brexit naziri bildirir.

ITV televiziya kanalının Good Morning Britain səhər proqramında çıxış edən David Davis deyib ki, ölkəsi “Aİ-nin tələb etdiyi” yox, qanuni ödənişini qarşılamaq niyyətindədir.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu danışıqlardı. Onlar istdədiyini biz isə öz istədiyimizi qarşıya qoyacağıq”.

Danışıqlarda Aİ nümayəndə heyətinin baçşısı Michel Barnier bu gün danışıqlara dair rəsmi təlimatları təqdim etməlidir.

Hərçənd ki, sənəddə maliyyə öhdəliklərinin əks olunacağı gözlənilmir.

Michel Barnier
Michel Barnier bu gün danışıqlara dair rəsmi təlimatları təqdim etməlidir.

BBC-ə danışan Aİ mənbəsi bildirib ki, Brüssel hazırda maliyyə öhdəliklərilə bağlı yekun rəqəmləri müzakirə etmək niyyətində deyil.

Maliyyə öhdəlikləri Brexit danışıqlarının ən çətin və həssas mövzularından biri sayılır.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button