2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Britaniya baş naziri Putini 'toksik maskulizmin nümunəsi' adlandırıb

Böyük Britaniyanın Baş naziri Boris Conson deyib ki, Rusiya Prezidenti Vladimir Putin qadın olsaydı, Ukraynada “ağılsız, maço” müharibəni başlamazdı.

Saytların yığılması Saytlarin yigilmasi

“Sizə toksik maskulizmin ideal nümunəsi lazımdırsa – bu, onun Ukraynada etdiyidir”, – Conson Bavariya Alplarında “Böyük yeddilik” (G7) samitinin bitməsindən sonra Almaniya kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib. (Maskulizm feminizmin əksidir). Conson həmçinin, qadınları daha çox rəhbər vəzifələr tutmağa çağırıb.

G7 sammitində birinci görüş zamanı Conson zarafatyana soruşub ki, bəlkə, məşhur fotodakı “Putindən daha vuran-yıxan oğlan” olduğumuzu göstərmək üçün pencəklərimizi çıxaraq.

Bundan öncə Britaniyanın Konservativ Partiyasının lideri Boris Conson feminist ritorikasında çıxış etmişdi. Bununla belə, onu dəfələrlə seksist zarafatlara görə də tənqid ediblər. 2018-ci ildə Beynəlxalq Qadınlar Günü Boris Conson qaçış üçün “Qadının yeri parlamentdir” yazılı futbolka geyinmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button