2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Britaniya dünya nizamını açıqladı  – 24 saat

Müəllif: Seymur Həzi

Britaniyanın xarici işlər naziri xanım Elizabet Trassın tarixi çıxışı artıq müzakirələrə səbəb olub. Onun “yeni dünya” mesajı ən müxtəlif mərkəzlərdə fərqli yozumlara yol açır. Çin və Rusiya üçün yol göründümü? Kremllə bağlı proses müəyyən mənada “hə” deməyə əsas verir. Bəs Çin? Hazırda əlimizdə Çinin növbəti olacağına dair tam dəlillər olmasa da onu deyə bilərik ki, bu ölkənin adı artıq Rusiya ilə yanaşı çəkilir. Necə dəyərlər, həmrəng olmasalar da həmxasiyyət olduqları heç kimdə şübhə doğurmur. Amma bizi təkcə Rusiya və Çin düşündürə bilməz. Çünki bizim öz problemlərimiz var və əsas vəzifəmiz də onları müəyyən etməkdir. Üstəlik, bir yeni dünya düzəni olacaqsa, orada nə etməli olduğumuzu indidən aydınlaşdırmaq. Hər halda, indiki mənzərədən görünən odur ki, həm sağ qalmaq, həm də köhnə dünyada qalmaq, demək olar ki, mümkün görünmür. Yaşamaq istəyiriksə, yeni dünya düzəninə mütləq uyğunlaşmalıyıq. Beləliklə, xanım Trassın çıxışından bizim payımıza nə düşürdü? 

Cənubi Qafqaz Avropadır, Avropa təhlükədədir 

Elizabet Trass, Putinin uğur qazanacağı halda, Avropanı fəlakətlərin, dünyanı iztirabların gözlədiyini dedi. Azərbaycan da daxil olmaqla, bütün Cənubi Qafqaz AB-nin qərarı ilə Avropanın siyasi sərhədləri sayılır. Burada həm də birbaşa hədə ondan ibarətdir ki, Putinin iştahası yeni müharibələr üçün açıla bilər. Rusiya işğal etmək imkanı əldə edəcəksə, o zaman niyə kiminləsə qonşu və ya müttəfiq olmaq istəsin ki? Tarix bizə göstərib ki, Kreml müttəfiqlik anlayışını məcburiyyətdən qəbul edir və imkanı olduqca hamını öz təbəəsinə çevirməyə üstünlük verir. 

Saytların yığılması Saytlarin yigilmasi

Putinin yanında görünürük 

Əvvəlki versiyadan kənarda isə başqa bir təhlükə Rusiyanın yanında yer alıb, dünyanın qarşısında görünməkdir. Hər nə qədər Azərbaycan cəmiyyəti Ukrayna ilə tam həmrəylik göstərsə də dövlət başçısı İlham Əliyevin müharibədən 2 gün öncə – 22 fevralda Putinlə imzaladığı saziş ölkəni rəsmən Rusiyanın yanında mövqelənmiş kimi göstərdi. Düzdü, Ukrayna Prezidenti Zelenski bu yaxınlarda Rusiya ilə balans siyasəti aparan azsaylı ölkələrdən biri kimi Azərbaycanı anladıqlarını dedi. Amma onu da dedi ki, daha çox gözləyə bilməyəcəklər. Sürüşkən siyasi mövqeyinə görə hətta Almaniya prezidentini qəbul etməkdən imtina edən Ukrayna prezidentinin cümləsinin birinci hissəsi nə qədər ümidvericidirsə, ikinci hissəsi də o qədər narahatedicidir. Bu, həm də xanım Trassın elan etdiyi yeni dünyada yerini tutmaq çağırışıdır. Zelenski demək istəyir ki, indi gələcəyə, azadlığa, demokratiyaya, bəşəriliyə münasibət Ukraynaya münasibətdə ifadə olunur. Azərbaycan isə hələ ki, bu mövzuda susur. İlham Əliyevin mürəkkəb situasiyada olduğunu təsəvvür etmək çətin deyil. Amma daha asan təsəvvür olunan başqa gerçəklik də odur ki, onun bu mövqesizliyi hər keçən gün özünü və ölkəni daha mürəkkəb duruma salacaq. Şübhə yoxdur ki, situasiya kritikləşdikcə daha birmənalı mövqe tələb ediləcək və uzun zaman susqunluqdan sonra qəfil dönüş etmək daha çətin olacaq. Həm də burada başa düşülməsi zəruri olan məqam odur ki, Əliyev bu seçimi etmədikcə, özünü Azərbaycandan ayırır. 

24 saat” “Britaniya dünya nizamını açıqladı  – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button