2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Britaniya kəşfiyyatı: “Rusiyanın Dneprdəki ordusu müdafiəsiz qalıb”

Yayımlandı: 28 İyul 2022 12:38

“Ukraynanın Xerson vilayətində əks-hücum əməliyyatı sürətlənir”

Ukrayna ordusunun zərbələri nəticəsində Dnepr çayının qərb sahilindəki rus qoşunları çox müdafiəsiz vəziyyətə düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu iddianı Böyük Britaniya kəşfiyyatı yayıb.

Kəşfiyyat məlumatlarına görə, Ukraynanın Xerson vilayətində əks-hücum əməliyyatı sürətlənir.

“Çox güman ki, Rusiya tərəfindən işğal olunmuş Xersonun şimal sərhədini təşkil edən İnqulets çayının cənubunda körpü qurublar yaradıblar”, – deyə kəşfiyyatın icmalında deyilir.

Bildirilir ki, Ukrayna Rusiyanın öz nəzarəti altında olan əraziləri təchiz etmək üçün arxalandığı Dnepr çayı üzərindən ən azı üç körpünü zədələmək üçün özünün yeni uzaqmənzilli artilleriyasından istifadə edib:

“Onlardan biri – Xerson yaxınlığındakı 1000 metrlik Antonovski körpüsü ötən həftə zədələnib. 27 iyulda Ukrayna onu yenidən vurdu və çox güman ki, keçid indi yararsızdır. Rusiyanın 49-cu Ordusu Dnepr çayının qərb sahilində yerləşdirilib və indi çox həssas vəziyyətdədir”.

Eyni zamanda, Rusiyanın işğal etdiyi siyasi əhəmiyyətli yaşayış məntəqəsi olan Xersonun hazırda digər işğal olunmuş ərazilərlə praktiki olaraq əlaqəsinin kəsildiyi qeyd olunub:

“Onu itirmək Rusiyanın uğur kimi qələmə vermək cəhdlərini ciddi şəkildə sarsıdacaq”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button