2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Britaniya kəşfiyyatı: “Rusiya ordusunun vəziyyəti xeyli pisləşib”

Yayımlandı: 24 Avqust 2022 15:32

“Orduda əhval-ruhiyyə aşağıdır, silah-sursat çatışmazlığından əziyyət çəkir”

“Ötən 6 ayda Rusiya qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə nail ola bilməyib. İşğaldan əvvəlki vəziyyətlə müqayisədə diplomatik, iqtisadi mövqeyini və ordunun vəziyyətini zəiflətdi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirlər Böyük Britaniya kəşfiyyatının Ukraynadakı müharibənin 6 ayının yekunlarına həsr olunmuş icmalında əks olunub.

Bu barədə “Европейская правда” məlumat yayıb.

Avqustun 24-də yayılan icmalda qeyd edilir ki, aprel ayında Rusiya rəhbərliyi ilkin planlarının baş tutmadığını anlamağa başlayıb.

Bundan sonra Kreml diqqətini Ukraynanın şərq və cənubuna yönəldib: “Donbassdakı hücum minimal irəliləyişlə gedir və Rusiya Ukraynadan kütləvi əks-hücum gözləyir. Rusiya sursat, nəqliyyat və şəxsi heyət çatışmazlığından əziyyət çəkir. Bir çox bölmələrdə əhval-ruhiyyə aşağıdır, ordunun vəziyyəti xeyli pisləşib”.

“Rusiyanın diplomatik təsiri azalıb, uzunmüddətli iqtisadi perspektivlər isə qaranlıqdır. 6 aydan sonra Rusiyanın müharibəsi onun üçün baha başa gəlib və strateji ziyan vurub”, – deyə Britaniya kəşfiyyatı yekunlaşdırıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button