2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Britaniya kəşfiyyatının rəhbəri: Ukraynadakı Rusiya hərbi qüvvələri 'tükənir'

Britaniya kəşfiyyatı Mİ-6-nın rəhbəri Riçard Mur Ukraynadakı rus qoşunlarının “tükəndiyini” bildirir. O, bu barədə iyulun 29-da “Twitter” səhifəsində Böyük Britaniyanın Müdafiə Nazirliyinin Rusiyanın müharibəyə hazırlaşarkən və müharibə zamanı yol verdiyi ehtimal edilən səhvlər barədə videosunu şərh edərkən yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Kreml çarəsizləşir. Rusiya on minlərlə əsgərini itirib və Sovet dövründən qalma silahlardan istifadə edir. Onların köhnəlmiş raketləri günahsız ukraynalıları öldürür və yaralayır. Rusiya bu ədalətsiz müharibədə qalib gəlməyəcək”- Mİ6 rəhbəri yazır.

Videoda Rusiya qoşunlarının Ukraynada on minlərlə hərbçi itirdiyi və hərbi texnika itkisinin də yerini doldurmağın getdikcə çətinləşdiyi iddia edilir. Müharibə şəraitində bu qiymətləndirmənin düzgünlüyünü yoxlamaq mümkün deyil. Həm də Rusiya Müdafiə Nazirliyi mart ayından bəri itkilər barədə məlumat verməyi dayandırıb.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl “xüsusi əməliyyat” da kifayət qədər hərbi qulluqçunun iştirak etdiyini və səfərbərlik tədbirlərinin nəzərdə tutulmadığını bildirib. Mediada yayılan məlumatlarda isə Rusiyanın bir çox regionlarında könüllülərin müharibəyə cəlb edilməsi kampaniyalarının aparıldığı vurğulanır.

Britaniya hərbi kəşfiyyatının növbəti gündəlik hesabatında bildirilir ki, Ukrayna qoşunları, ehtimal ki, Donetsk yaxınlığındakı Rusiya qoşunlarının son hücum cəhdlərini dəf edə biliblər.

Rusiyayönümlü teleqram kanallarında Avdiyevka, Marinka və cəbhə xəttinin 2014-cü ildən bəri bir sıra digər məntəqələrində Rusiya qoşunlarının irəlilədiyini yazsa da Britaniya kəşfiyyatı bununun ciddi irəliləyiş olmadığını bildirir.

Kəşfiyyat məlumatlarında o da vurğulanır ki, Ukrayna ordusunun ciddi zərbələrindən yarasız yala düşən Antonov körpüsü ilə ilə bağlı itkiləri kompensasiya etmək üçün Rusiya ordusu Xerson vilayətində ponton keçidləri tikməkdədir.

Rusiya komandanlığı Ukraynanın Xarkov vilayətinin işğal olunmuş hissəsi ilə sərhədə əlavə bölmələr yerləşdirir. Bu barədə “Azadlıq” radiosunun Ukrayna xidmətinin “Sxema” layihəsi “Planet Labs” peyk görüntülərinə istinadla məlumat yayıb.

Hərbi ekspertlərin fikrincə, Rusiya ordusu gələcəkdə bu möhkəmlənmədən İzyum və Slavyansk istiqamətlərində istifadə edə bilər.

Ötən gecə Rusiya ordusunun Nikolayev şəhərini atəşə tutması nəticəsində azı 1 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı bildirilir. Vilayət administrasiyasının rəhbəri Vitali Kimin dediyinə görə, raketlər çoxmərtəbəli binaları vurub.

İyulun 30-da o da məlum olub ki, iyulun 29-da avtobus dayanacağına düşən mərmi parçalarının ağır yaraladığı iki Nikolayev sakini xəstəxanada vəfat edib.

Rusiya qoşunlarının işğal etdiyi Enerqodarda (Zaporojye vilayəti) ötən gecə Rusiyanın üç hərbi texnikası zərərsizləşdirilib. Hərbi texnikalar Rusiya hərbi-texniki mütəxəssislərinin yaşadığı otelin qarşısında olub.

Şənbə günü gecə Xarkov yenidən raket atəşinə məruz qalıb. Bu barədə media şəhərin meri İqor Terexova istinadən məlumat yayıb.

Dnepropetrovsk vilayəti administrasiyasının məlumatına görə, Nikopol şəhəri də “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulub. Bir bina dağılıb, 15 binaya ziyan dəyib. İlkin məlumatlara görə, insan təlafatı olmayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button