2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Britaniya mətbuatı: İslamı qəbul edən keçmiş “çılpaq model” həbs olunub

Çılpaq şəkil çəkdirirdi, müsəlman olub hicablandı, amma…

“The Sun” qəzeti yazır ki, jurnallar üçün çılpaq şəkillərini çəkdirən keçmiş qlamur modeli İslam Dövləti ilə bağlılıqda şübhəli bilinənlərin siyahısına daxil edildikdən sonra Britaniya antiterror polisi tərəfindən həbs olunub.
Məqalədə deyilir ki, Kimberley Miners terror aktlarının hazırlanmasında faydalı ola biləcək materialları saxladığına görə həbs edilib.
“The Sun” qəzeti üçün çılpaq şəkillər çəkdirən 27 yaşlı model İslamı 2010-cu ildə atasının vəfatından sonra qəbul etmişdi.
Bundan əvvəl polis ona internetdə cihadçılarla əlaqə qurmağa çalışdığı barədə xəbərdarlıqlar etmişdi.
Polislər keçmiş modelin Bradforddakı evində axtarış da aparıblar. Bundan sonra o, şəhərdən çıxmamaq barədə iltizam verdikdən sonra məhkəməyə qədər həbsxanadan buraxılıb.
Onun ötən ay Suriyadakı bir cihadçı ilə əlaqə qurduğu aşkar olunmuşdu. Həmin cihadçı onun Suriyaya gəlməsini istəyirdi.
“The Sun” yazır ki, Miners sosial mediada özünü Ayişə Lauren əl-Britaniyyə adı ilə təqdim edirdi.
O sosial mediadakı şəkillərdə tam hicablanmış vəziyyətdə əks olunub və yalnız mavi gözləri görünür.
“The Sun” yazır ki, buna baxmayaraq Miners real həyatda dar cins şalvarda və uzun sarışın saçları açıq şəkildə gəzirdi.
Qonşuları bildirirlər ki, Miners İslamı atası mənasız bir insident nəticəsində həlak olduqdan sonra qəbul edib. Onların sözlərinə görə qız ata itkisinin öhdəsindən heç cür gələ bilmirdi.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button