2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Britaniya mətbuatı: “Şimali Kipr Türk Respublikasını tanımağın vaxtı çatıb”

Kipr adasının yunan və türk hissələrinin birləşdirilməsi üçün edilən növbəti cəhdin də iflasa uğramasının ardınca Britaniyanın keçmiş xarici işlər naziri Jack Straw“The Independent” qəzetində yazır ki, əksinə adanın ikiyə bölündüyünü qəbul edərək “hər iki Kipri” beynəlxalq aləmdə rəsmən tanımağın vaxtı çatıb.

Türkiyə Kiprə 1974-cü ildə hərbi müdaxilə edib, lakin bu, yunanların dövlət çevrilişi etməsinin nəticəsi kimi baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu həmin vaxt idi ki, Kiprin seçilmiş prezidenti Makarios millətçi yunanlar tərəfindən devrilmiş və hətta az qala öldürülmüşdü.

O vaxt BMT Təhlükəsizlik Şurasında çıxış edən Makarios elan etmişdi ki, Kiprə əslində Yunanıstan müdaxilə edib. Onun sözlərinə görə, çevriliş edənlərin məqsədi türk icmasının iradəsini nəzərə almadan adanı Yunanıstanla birləşdirmək idi.

Kiprin bir sıra türk anklavlarında dəhşətli hücumların ardınca adadakı Türkiyə hərbçilərinin sayı dramatik şəklildə artırılıb. O vaxtdan bəri on minlərlə türk əsgəri adadır. Onların müdafiə etdiyi türk icması adanın şimalında Şimali Kipr Türk Respublikası yaradıb.

Yunan xuntasının özü isə yunanların daha bir çevrilişi nəticəsində devrilib.

Bəziləri iddia edə bilərlər ki, Türkiyə Kiprə bu qədər qoşun yeritməklə aşırı reaksiya göstərib.

Jack Straw yazır ki, “amma Türkiyə bu vəziyyətə qollarını sallayıb sadəcə tamaşaçı kimi baxa bilməzdi”.

Keçmiş nazir bildirir ki, adada təhlükəyə məruz qalan britaniyalı azlıq olsaydı, heç London da buna biganə qalmazdı.

Müəllif yazır ki, həmin vaxtdan bəri Kiprə dair, əsasən də BMT-nin egidası altında saysız danışıqlar aparılıb.

Bu danışıqlarda, həm də adadakı türk əsgərləri kontingentinin ixtisarı məsələsi qoyulub.

Adanın iki icmasının birləşdirilməsi üçün ən maraqlı plan 2004-cü ildə BMT-nin o vaxtkı baş katibi Kofi Annan tərəfindən irəli sürülmüşdü.

O vaxt iki icma üçün bir konstitusiyanın qəbulu məsələsi qoyulmuşdu. Həmin planı türklər böyük səs çoxluğu ilə qəbul etdilər, amma yunanlar bu planı böyük səs çoxluğu ilə rədd etdilər.

Burada fundamental məsələ budur ki, Kipr yunanlarının hər hansı razılaşmada elə bir maraqları yoxdur.

Jack Straw yazır ki, o vaxt Britaniya da daxil Avropa İttifaqı Kiprin yunan hissəsini üzvlüyə qəbul etməklə böyük səhvə yol verib. Lakin türk sakinlər üçün bundan da təhqiramizi adanın Aİ-yə bütünlükdə qəbul edilməsi idi.

Keçmiş nazir yazır ki, bu qərar Kipr türklərinin rəyini nəinki nəzərə almamış, əksinə bütöv bir icmanı havadan asılı vəziyyətə salmışdı.

Straw öz məqaləsində vurğulayır ki, indi Kipr türklərinə qarşı edilmiş ədalətsizliyə son qoyulmalı, Şimali Kiprin Aİ-yə tam üzvlüyü üçün türk icmasının hazırlanmasına başlanmalıdır.

Straw yazır ki, əslində heç yunan Kipri də özünü nümunəvi Aİ üzvü kimi aparmır.

2011-2012-ci ildə Kipr Rusiya oliqarxları üçün ofşor rolunu oynamaqla öz varlığına az qala son qoyacaq maliyyə böhranı törətmişdi.

Ötən ay “The Guardian” yazmışdı ki, Kipr Rusiya və Ukraynanın oliqarx milyarderlərinə vətəndaşlıq satmaqla 2013-cü ildən bəri 4 milyard avro qazanıb.

Adanın iki icmasının birləşidirilməsi bir də ona görə müşküldür ki, siyasi birləşmə yunanların siyasi hakimiyyəti türklərlə paylaşması demək olardı.

Keçmiş nazir yazır ki, əgər yunanlara belə bir təklif onların Aİ-yə üzvlük şərti kimi verilsəydi, bəlkə də keçərli olardı.

Amma indi belə bir şərt və ya siyasi qazanc olmadan heç bir Kipr yunan lideri birləşmə üçün elektoratı arxasınca apara bilməyəcək.

Jack Straw yazır ki, hazırkı status-kvo sadəcə olaraq Kiprin yunan hissəsi üçün əlverişlidir.

BBC Azərbaycanca

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button